Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


27.05.2019  18:23 

“Nar” “Youth Speak” Forumunda iştirak edib





A+  A-

Gənclərin inkişafına hər zaman xüsusi diqqət ayıran “Nar”, mayn 26-da Bakı Ali Neft Məktəbində keçirilmiş “Youth Speak” beynəlxalq forumunda iştirak edib. Dünyanın 100-dən çox ölkəsində, eləcə də Bakıda keçirilən forum Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqi məqsədilə təşkil olunub və daha çox insanın, xüsusilə də gənclərin bu məqsədlər haqqında məlumatlılığını artırmağı hədəfləyir. Dayanıqlı inkişaf dedikdə, gələcək nəsillərin öz ehtiyaclarını qarşılamaq imkanına xələl gətirmədən, bugünkü ehtiyacların qarşılanmasına imkan verən inkişaf nəzərdə tutulur. Qeyd edək ki, forum “AIESEC Azerbaijan” və Gənclər Fondunun dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının davamlı inkişaf məqsədlərinə töhfə vermək məqsədilə keçirilib.
XəzərNews.az xəbər verir ki, forumda rəsmi spiker qismində iştirak edən “Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov "Layiqli Əmək və İqtisadi Artım" mövzusunda çıxış edərək gənclərlə uğurlu karyera qurmağın yollarını müzakirə edib və davamlı şəxsi inkişafın bu istiqamətdəki əhəmiyyətini vurğulayıb.

“Youth Speak” forumunda həmçinin, "Gender Bərabərliyi" və "İnnovasiyalar” mövzusunda da müxtəlif peşələri təmsil edən mütəxəssislər tərəfindən təqdimatlar edilib. Qeyd edək ki, gənclərə, təhsilə dəstək vermək “Nar”-ın Korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 748 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +