Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


16.08.2018  14:38 

Təhsil Nazirliyi ilə DİM razılığa gəldi





A+  A-

Bu il ali məktəblərə qəbulda keçid ballarında hər hansı dəyişikliyin olmayacağı gözlənilir.
XəzərNews.az xəbər verir ki, bu haqda təhsil eksperti Etibar Əliyev Modern.az saytına bildirib.

O bunun səbəblərini belə izah edib:

“Çünki Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (DİM) bu istiqamətdə müəyyən razılığa gəliblər. Bu gün ali məktəblərin özləri də aşağı bal toplayan abituriyent “ovuna” çıxmamalıdır. Uşaqlar artıq orta məktəbin yuxarı siniflərindən özlərinə ixtisas seçirlər.

Oxumayanlar keçid balı 150-200 olan ixtisaslara ümidli olurlar. Bəzən isə bu ümidlər də puça çıxır. Keçid ballarının azaldılmasının təhsilin keyfiyyətinə mənfi təsir göstərməsi danılmazdır. Bu, sadəcə kəmiyyət faktorudur. İndiki vəziyyətdə hansısa dəyişikliyin aparılması məqbul sayıla bilməz. Abituriyentlər və valideynlər ixtisas qrupları üzrə hansı ali məktəbdə yüksək səviyyəli təhsilin verilməsindən xəbərdardırlar. DİM prosesin şəffaflığı naminə hər il ali məktəblərin ödənişsiz və ödənişli ixtisalarına keçid ballarının jurnalını çap edir”.

E.Əliyev qeyd edib ki, bu il də DİM üzərinə düşən çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gəlib:

“İmtahanların keçirilməsindən tutmuş, ixtisas seçimi də daxil olmaqla, nəticələrin qısa bir vaxtda elan olunmasına qədər yüksək peşəkarlığın şahidi olduq.

Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarının modelinin də gələcəkdə keçirilən qəbul imtahanlarına müsbət təsiri danılmazdır. 600-dən yuxarı bal toplayanların sayının artmasının test tapşırıqlarının sadələşdirilməsi, yaxud aşağı nəticə göstərənlərin sayında nəzərəçarpacaq dəyişikliklərin olmamasını tapşırıqların çətinləşdirilməsi ilə əlaqələndirmək doğru deyil. Hər halda ölkədə bütün elm sahələri üzrə yaxşı mütəxəssislərin sayı az deyil. Bu barədə onların verdiyi rəy daha önəmli ola bilər. Burada dedi-qodulara inanmaq olmaz. Fürsətdən istifadə edib tələbə adını qazanmış bütün abituriyentlərə uğurlar arzulayıram”.

DİM 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak edib. Onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Artıq ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı da başlanıb.

Xəbər 1121 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +