İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


02.07.2018  14:11 

73 dövlət əmlakı özəlləşdirilir





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 31 iyul tarixində keçiriləcək.
Komitədən XəzərNews.az-a verilən məlumata görə, investorların özəlləşmə prosesinə marağını nəzərə alaraq iyulun son hərracına müxtəlif çeşidli 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 21-i səhmdar cəmiyyəti, 31-i kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 4-ü nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Əli Bayramlı Kimyəvi Təmizləmə”, “Xosrov Metal Plastmas”, “Astara çay-3”, “Sabunçu Ticarət Təchizat”, “Ağcabədi Aqrotexservis”, “Ucar ağac emalı” kimi səhmdar cəmiyyətləri var. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Nizamnamə kapitalı 90 min manat olan "Sabunçu Ticarət Təchizat” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin hərracda 44%-nin satılması nəzərdə tutulub.

Kiçik dövlət müəssisəsləri paytaxtla yanaşı Göygöl, Qazax, Goranboy, Lənkəran və digər regionlarda yerləşir. Bu əmlaklar üçün təyin olunan ilkin qiymət 2 min və 500 min aralığındadır. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi isə 35 kv.m ilə 9 min kv.m arasında dəyişir. Bu dövlət əmlaklarına "Qubek Otel" İstirahət Zonası, Məmmədyarov kinoteatrı, "Çiçək" Sağlamlıq Mərkəzi və investora yüksək səmərə verəcək digər obyektlər aiddir. Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Əmlak kompleksi müxtəlif biznes sahələrində investora yüksək gəlir gətirə biləcək. Adı çəkilən dövlət əmlakının ümumi faydalı sahəsi 1 min 169 kv.m, ilkin hərrac qiyməti isə 500 min manatdır.

Özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələri paytaxtın Suraxanı, Səbail, Nərimanov, Xətai və digər rayonlarında yerləşir. Hərraca çıxarılan belə əmlakların ümumi faydalı sahəsi 14 kv.m ilə 295 kv.m intervalında dəyişir. Bu isə vətəndaşların seçim şansını artırır. Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsində yerləşən qeyri-yaşayış sahəsi ilkin hərrac qiyməti 75 min manat, ümumi faydalı sahəsi 295 kv.m olmaqla investorlara təklif olunur. Bu obyekt ictimai iaşə və xidmət sahəsində sahibinə gəlir qazandıra bilər.

Hərraca çıxarılan nəqliyyat vasitələri buraxılış tarixləri 2006, 2007-ci illər, markaları BMW, Nissan və Fiat olmaqla vətəndaşlara təklif olunur.

Qeyd edək ki, olduqları məkandan asılı olmayaraq hər kəs hərraclarda iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür. Yaradılan bu imkan özəlləşmədə iştirak etmək istəyənlərin işini rahatlaşdırır. Hərracların keçiriləcəyi vaxt, prosesə çıxarılan dövlət əmlakları barədə ətraflı məlumatlar və sifariş proseduruna keçid Özəlləşdirmə portalı (privatization.az), Komitənin rəsmi saytı (emdk.gov.az) və sosial şəbəkələrdəki rəsmi səhifələrdə yerləşdirilir.

Xəbər 901 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +