Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


08.06.2018  14:37 

Bacısı oğlu Fazil Məmmədovun “qanadlarını” əlindən aldı





A+  A-

17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş Fazil Məmmədovun "Qolfstrim” markalı təyyarəsi "AtaBank”dan götürdüyü milyonlarla manat kreditlə əvəzləşdirilib. Bu haqda yayılan son məlumatlar yeni deyil.
İlin əvvəlində sabiq nazirə məxsus təyyarənin əlindən alınacağı haqda xəbərlər vardı. Bu təyyarə bir vaxtlar Fazil Məmmədovun nəzarət etdiyi "AtaBank”dan ona verilən milyonlarla manat dəyərindəki kredit qarşılığında girov qoyulmuşdu. Nazir olduğu vaxt krediti vaxtında ödəyən Fazil Məmmədov işdən çıxarıldıqdan sonra ödənişləri etməyib. Bu səbəbdən də şəxsi təyyarəsi əlindən alınıb. Bildirək ki, hazırda "AtaBank”ın İdarə Heyətinin sədri Fazil Məmmədovun bacısı oğlu Dəyanət Quliyevdir. Sabiq nazirin təyyarəsinin 20-30 milyon manat dəyərində olduğu bildirilir.

F.Məmmədov ötən il dekabrın 5-də prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri vəzifəsindən azad edilib. O, vəzifəsindən çıxarılmazdan əvvəl belə xəbərlər yayılmışdı ki, F.Məmmədov özünü diplomatiya sahəsində sınamaq istəyir. Bildirilirdi ki, o, keçmiş sovet respublikalarından birinə səfir göndərilməsinə nail olmaq üçün hərəkətə keçib. Və bununla bağlı hətta "yuxarılara” xahiş də edib. Vəzifədən çıxarılandan dərhal sonra bu mövzu aktuallaşdı.



XəzərNews.az Musavat.com-a istinadən bildirir ki, həmin ərəfədə ölkəmizin Tacikistandakı səfirinin geri çağırılması F.Məmmədovun arzusunun gerçəkləşə biləcəyi yönündə iddiaları artırmışdı. O da qeyd olunurdu ki, əgər Fazil Məmmədovun işdən çıxarılması hansısa qəzəbin təzahürü deyilsə, sadəcə, 17 illik naziri yenisi ilə əvəzləmək istəyindən irəli gəlibsə, o zaman sabiq nazirin səfir istəyi reallaşa bilər. Amma iqtidar bu yöndə Fazil Məmmədovun ətrafının apardığı spekulyasiyanın qarşını alan addım atdı. Tacikistan Respublikasına fövqəladə və səlahiyyətli səfir təyin olundu. Hazırda Fazil Məmmədovun taleyi ilə bağlı müəmma davam etsə də, böyük ehtimalla o da sabiq nəzliyyat naziri Ziya Məmmədov kimi komandadan birdəfəlik uzaqlaşdırılanlar sırasında yer alıb. Onun işdən qovulmasında böyük pul oğurluğunun əsas rol aldığı iddia olunur.

Bu iddia hələ də təkzib olunmayıb. Söhbət ölkədən çıxarılan 4 milyard 500 milyon manat "qara pul”dan gedir. İddialara görə, Fazil Məmmədov yaxın ətrafı üzərindən büdcəyə daxil edilməli pulları xaricdəki hesablara ötürüb. Gələn məlumatlara görə, Fazil Məmmədovun vergi şəklində yığılaraq müxtəlif gizli hesablara yönləndirilən pullar geri qaytarılmasa, onun və yaxın ətrafının həbsi gerçəkləşə bilər. Bu xüsusda Hafiz Hacıyevin Fazil Məmmədovun 4-5 milyard dollar sərvəti olması haqda fikirlərini sıradan sözlər hesab etmək olmaz. Onun sözlərinə görə, araşdırma aparmaq lazımdır ki, bu qədər pulu necə toplayıb.



Sitat: "Bu adamları elə-belə buraxmaq olmaz. Pullarını əllərindən almaq lazımdır. Yoxsa ölkəni qarışdırmaq üçün müxtəlif qüvvələrə pul paylayacaqlar”.

F.Məmmədov müalicə adı ilə ölkədən getmək niyyətində də bulunub. Lakin onun ölkədən çıxması münasib bilinməyib...

Xəbər 1077 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +