Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


07.06.2018  09:45 

Şəhid və itkin ailələrinə “qanpulu” bu tarixdən veriləcək





A+  A-

Prezident İlham Əliyev bir müddət əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalayıb.
Fərmana görə, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə veriləcək.

Bəs şəhid və itkin ailələrinə “qanpulu” adlandırılan ödəmələrin verilməsinə nə vaxtdan başlanılacaq?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən XəzərNews.az-a bildirilib ki, şəhid və itkinlərin vərəsələrinə birdəfəlik ödənişin edilməsi üçün yaradılan yeni qaydalar 11 min manatın 1-dən artıq vərəsə arasında bərabər və şəffaf bölünməsinə imkan yaradacaq.

Qeyd olunub ki, şəhid ailələrinə birdəfəlik ödəmələrin vaxtında edilməsi üçün işlər sürətlə davam etdirilir:

“Avqust ayının əvvəlinə qədər şəhid ailələrinin ümumiləşdirilmiş siyahısı və onlar haqda məlumatlar 3 dövlət qurumu-Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediləcək.

Notariat orqanları tərəfindən vətəndaşlara vərəsəlik hüququnu təsdiq edən sənədlərin verilməsi yalnız nazirliyin rəsmi saytındakı siyahı əsasında həyata keçiriləcək. Bu siyahının isə sentyabr ayının ortalarında nazirliyin rəsmi saytında dərc edilməsi planlaşdırılır. Bu tarixdən etibarən vərəsəlik hüququ təsdiq edilən şəxslərin birdələlik ödəməni alması üçün yalnız notariat orqanlarına müraciət etməsi kifayət edəcək”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin şəhid vərəsələrinə birdəfəlik ödəmələrin edilməsi üçün 19 apreldə imzaladığı fərman 1997-ci il avqustun 2-dək şəhid olan və itkin düşən şəxslərin ailələrinə şamil edilir. İlkin hesablamalara görə, bu fərman 9 minə yaxın şəhid və itkin ailəsinə şamil ediləcək ki, bu da 100 milyon manatdan çox vəsait deməkdir.

Xəbər 1059 dəfə oxunub.




15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +