Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


11.05.2018  13:08 

Eldar Mahmudov və generalları nə vaxt rütbədən məhrum ediləcək?..





A+  A-

Ötən ay Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxslərinə hökm oxundu. Natavan Mirvətova istisna olmaqla digər generallar müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
Daha əvvəl isə MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi , general-mayor Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2015-ci ildən həbs olununa MTN generalları 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb.

Təəssüf həmin generallardan hələ ki heç biri bu ali rütbədən məhrum edilməyib, heç özləri də belə bir təşəbbüs göstərməyiblər.

XəzərNews.az-ın məlumatına görə, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a deyib ki, ali, xüsusi və hərbir rütbədən, fəxri addan, dövlət təltifindən məhrumetmə Cinayət Məcəlləsində öz əksini tapıb:

“Maddənin 42.0.5 bəndində xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrumetmə cəza növlərindən biri kimi göstərilir. Eyni zamanda, Cinayət Məcəlləsinin 48-ci maddəsində xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrumetmədən bəhs edilir.

Qeyd edilir ki, ağır, xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə, cinayətin ictimai təhlükəliliyinin xarakterini, dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onu xüsusi və ya hərbi rütbədən, fəxri addan və yaxud dövlət təltifindən məhrum edilməsinin zəruruliyi məsələsinə gəldikdə aşağıdakı qərarlardan birini qəbul edir:

- Müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən verilmiş ali, xüsusi və ya hərbi rütbədən, fəxri addan, dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə həmin orqana təqdimat göndərilməsi üçün qərar qəbul edir;

- Digər dövlət orqanı tərəfindən verilmiş xüsusi, ali və ya hərbi rütbədən, fəxri addan, dövlət təltifindən məhrum edilməsi haqqında qərar qəbul edir”.

Ekspert bildirib ki, ali, xüsusi və hərbi rütbədən, fəxri addan məhrumetmə ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslərə şamil edilə bilər:

“Az ağır cinayət törətmiş, böyük ictimai təhlükəli olmayan cinayət törətmiş şəxsləri xüsusi, ali və ya hərbir rütbədən, fəxri addan, dövlət təltifindən məhrumetmədən söhbət getmir. Həmin cinayəti etmiş şxəslərə bu cəza tətbiq olunmur. Qeyd edilən cəza yalnız ağır və xüsusilə ağır cinayət törətmiş şəxslərə şamil edilir. Cinayətin ictimai təhlükəli xarakteri və dərəcəsi, təqsirkarın şəxsiyyəti və digər hallar nəzərə alınaraq, məhkəmə qərar qəbul edir. Müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi, ali və ya hərbi rütbədən, fəxri addan, dövlət təltifindən məhrumetmə məsələsinə baxılması ilə bağlı həmin orqana təqdimat göndərilməsi haqqında qərar qəbul olunur.

Bildiyiniz kimi, xüsusi, ali və ya hərbir rütbəni, fəxri adı cənab prezident verir. Məhkəmə özü rütbədən azad edə bilmir. Amma digər orqan tərəfindən verilmiş xüsusi və ya hərbi rütbə olarsa, məhkəmə addan məhrumetmə barədə qərar qəbul edə bilər. Milli Məclis, digər dövlət orqanları tərəfindən verilmiş adlar olarsa məhkəmə özü qərar qəbul edir”.

Xatırladaq ki, 2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra onun rəhbərlik etdiyi nazirlik ləğv edilib.

Qeyd edək ki, məhkəımə yuxarıda adları çəkilən generalların rütbələrinin alınması barədə Prezident İlham Əliyevə təqdimat göndərilməsi barədə qərar qəbul edilib. İndi gözlər ölkə başçısına yənəlib. Onların Prezidentin sərəncamı ilə verilən general rütbəsindən məhrum ediləcəyi gözlənilir.

Sonda bir şeyi də vurğulamaq yeriə düşər: generallar müxtəlifdir. Var əsl generallar, bir də var general forması geyinib adı general çağrılanlar. Vaxt, zaman onları əvvəl-axır öz süzgəcindən keçirir...

Xəbər 1391 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +