Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


15.02.2018  14:53 

“Nərgiz” Klinikası ANS-ə cavab verdi: “Əməkdaşları arasında yeyinti olub”





A+  A-

Bizim ANS-ə heç bir borcumuz yoxdur. Mən bürtün ödənişləri etmişəm, ANS bağlanmamışdan iki ay əvvəl bütün borcları bağlamışıq, ondan sonra da heç bir iş birliyimiz olmayıb. Əslində elə borcumuz da yox idi, öz işçilərinin gecikməsi ucbatından bir neçə yüz manat borc vardı.
XəzərNews.az AFN-ə istinadən xəbər verir ki, bunu “Nərgiz” Klinikasının rəhbəri Məlahət Qəhrəmanova deyib. Qeyd edək ki, bir neçə gün əvvəl bəzi saytlarda ANS-in “Nərgiz” Klinikasını məhkəmədə udması ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, ANS Şirkətlər Qrupuna daxil olan “ANS Kommers” şirkəti “Nərgiz Med” MMC-ni (“Nərgiz Klinikası”) məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “ANS Kommers” öhdəliyin icra edilməməsi nəticəsində yaranmış borcun ödənilməsini tələb edib.
Məhkəmə iddianı qismən təmin edib. Lakin qarşı tərəfin verdiyi apelyasiya şikayətinə bir neçə gün öncə baxılıb və Bakı Apelyasiya Məhkəməsi işi baxılmamış saxlayıb. Bu isə o deməkdir ki, birinci instansiya məhkəməsinin çıxardığı qərardadın heç bir hüquqi qüvvəsi qalmayıb.



M.Qəhrəmanovann sözlərinə görə, ANS ondan 2700 manat tələb edir: “Deyirlər ki, guya mən Xoşqədəm Hidayətqızının verilişinə sponsorluq etmişəm. Göstərsinlər bir kadr ki, mən o verilişə çıxmışam, yaxud adımız sponsor kimi keçib. Hamı bilir ki, Xoşqədəm Hidayətqızının verilişinin klinika sponsoru yalnız bir klinika olub”.

M.Qəhrəmanova onu da qeyd etdi ki, ANS-ə reklama görə olan ödənişləri şirkətin əməkdaşına verib və bunu sübut edən sənədlər də əlindədir: “Öz əməkdaşları arasında yeyinti olub, onlarla bacarmır bizi verib məhkəməyə. Ədalət öz yerini tapdı”.

Xəbər 1671 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +