İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


30.01.2018  10:15 

Bu məhsullar üçün gömrük rüsumu sıfıra endirilib





A+  A-

“Yeni gömrük-tarif sisteminin hazırlanması zamanı istehsalda istifadə olunan, istehsalı olmayan xammal və materiallar üzrə gömrük idxal rüsumlarının dərəcələri “0” faizə, kifayət qədər istehsalı olmayan mallar üzrə gömrük idxal rüsum dərəcələri isə 15 və 10 faizdən 5 faizə endirilib”. `
XəzərNews.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Trend-ə müsahibəsində deyib. O, bildirib ki, ölkədə istehsal potensialı olan məhsullara maksimum gömrük idxal rüsumları müəyyənləşdirilib, bir sıra həssas məhsullar üzrə isə gömrük rüsum dərəcələri spesifik rüsumlar formasında saxlanılıb: “Kənd təsərrüfatı, ağır sənaye və maşınqayırma sektorlarında vertikal inteqrasiya yanaşmasının tətbiqi gəlirlərin artırılmasından idxaldan asılılığın azaldılmasına qədər bir çox iqtisadi faydalarla nəticələnəcək. Həm yerli tələbatın ödənilməsi, həm də regional baxımdan potensialı olan mal və materialların istehsalı artırılacaq.

Bununla yanaşı, qeyd edim ki, Azərbaycanda daxili bazarın qorunması, yeni istehsal sahələrinin yaradılması və genişləndirilməsi, eyni zamanda, qeyri-neft sektorunun inkişafı nəzərə alınmaqla, ixracyönümlü malların istehsalının və ixrac potensialının artırılması məqsədilə zərurət yarandıqca gömrük-tarif tənzimləmə prosesinin təkmilləşdirilməsi davam etdiriləcək”.

A. Əliyev sərhəd keçid məntəqələrindəki problemə də toxunub: “Azərbaycan və Gürcüstan arasında Sadıxlı-Mtkvari dövlət sərhədinin buraxılış məntəqəsinin yaxınlığında yeni buraxılış məntəqəsinin tikilməsi Gürcüstanla razılaşdırılıb. Eyni zamanda, inşa edilməsi nəzərdə tutulan gömrük-sərhəd buraxılış məntəqəsinin dəqiq koordinatlarının Gürcüstanla razılaşdırılması üçün müraciət edilib.

Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyası ərazisinə pomidor məhsullarının ixracında yaranan məsələlərin müzakirəsi məqsədilə ötən ilin 5 may tarixində ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində pomidor istehsalçıları və ixracatçıları ilə Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Statistika Komitəsinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Bununla yanaşı, dövlət sərhədinin buraxılış məntəqələrindən keçidin sürətləndirilməsi və qarşılıqlı fəaliyyət əsasında əlaqələndirmə işlərinin daha da təkmilləşdirilməsi üçün “Dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidi ilə bağlı hərəkət zolaqlarının müəyyən edilməsi və hərəkət axınının idarə edilməsi üzrə Texnoloji Sxem” hazırlanıb, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətilə razılaşdırılaraq müvafiq qaydada xidməti istifadəyə yönləndirilib.

Azərbaycanın İran İslam Respublikası ilə dövlət sərhədinin buraxılış məntəqələrində iş saatları artırılıb və keçid məntəqələrinin iş rejiminin 24 saata qədər artırılması ilə bağlı aidiyyəti işlər həyata keçirilir”.

Xəbər 2136 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +