Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


29.01.2018  11:36 

Azərbaycanda “kiçik çillə” başlayır





A+  A-

Sabah qışın daha mülayim hesab edilən “Böyük çillə”si bitir, yanvarın 30-u isə daha soyuq sayılan “Kiçik çillə” başlayır.
XəzərNews.az xəbər verir ki, xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür.

Bunlar 40 gün davam edən Böyük çillə, 20 gün çəkən Kiçik çillə və daha sonra 30 günlük Boz aydır. Təqvimə əsasən, Böyük çillə dekabrın 21-dən daxil olur və yanvarın 30-dək davam edir.

Kiçik çillə isə yanvarın 31-dən fevralın 19-dək, fevralın 20-dən martın 20-dək Boz ay davam edir.

Dekabrın 22-dən başlayaraq yanvarın 30-da başa çatan, təqribən 40 gün davam edən “Böyük çillə” dövründə hava tədricən soyusa da, kəskin soyuqlar müşahidə edilmir. Eyni zamanda, güclü küləklərin intensivliyi də az olur. İyirmi gün davam edən “Kiçik çillə”də isə “Böyük çillə”yə nisbətən hava daha soyuq, sərt olması ilə diqqəti cəlb edir:

“Kiçik çillə”də havanın temperaturu daha kəskin düşür, yağış və qar daha çox yağır. Bəzən elə olur ki, yanvarın sonunda mülayim havada bəzi ağaclar tumurcuqlayır, amma fevralda kəskin soyuq onların hamısını məhv edir.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutundan verilən məlumata görə, Azərbaycanın bəzi bölgələrində “Böyük çillə”dən “Kiçik çillə”yə keçəndə müəyyən mərasimlər təşkil olunur. Belə mərasimlərdən biri “çillə qarpızı” ilə əlaqədardır. Adətə görə, xüsusi yerlərdə yaydan saxlanılan “çillə qarpızları” kəsilir və ailənin bütün üzvləri bu təamdan dadır.

“Kiçik çillə”nin birinci ongünlüyündə isə Xıdır Nəbi bayramı keçirilir:

“Xıdır Nəbi bərəkət rəmzidir. Xalqın istəyi odur ki, qışdan çıxandan sonra yeni il onlar üçün bolluq və bərəkət gətirsin. Ona görə də Xıdır Nəbi bayramında xüsusi mərasimlər keçirilir. Qovurğa qovrulur, qovut çəkilir”.

Qeyd edək ki, bəzi mənbələr “Çil” sözünü “çehl” sözü ilə, 40 rəqəmi ilə, bəzi mənbələrdə isə türk sözü olan “çil” sözü ilə əlaqələndirirlər. Yəni təbiətə çil düşür, təbiət ağır, çətin dövrünü keçirməyə başlayır.

Xəbər 903 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +