Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


19.12.2017  14:48 

Azərbaycanda ən güclü zəlzələ nə vaxt olub?





A+  A-

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA Yer Elmləri bölməsi və Mərkəzin Elmi-Texniki Şurasının birgə iclası keçirilib.
XəzərNews.az xəbər verir ki, AMEA Yer Elmləri bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirovun sədrliyi ilə keçirilən iclasda AMEA nəzdində RSXM-nin 2017-ci ildə apardığı elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair hesabatı müzakirə edilib. İllik hesabatı Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli təqdim edib.

Baş direktor çıxışı zamanı bildirib ki, RSXM-nin bütün şöbələri üzrə illik hesabatlar təqdim edilib və illik hesabat həmin nəticələr əsasında hazırlanıb. Mərkəzdə tədqiqatların üç istiqamətdə aparıldığını deyən Qurban Yetirmişli seysmoloji tədqiqatların nəticəsi haqqında danışarkən 2017-ci il ərzində hesabat gününə qədər 8934 yeraltı təkan qeydə alınmışdır. Onlardan 3642 yerli, 2087 yaxın və 3205 uzaq zəlzələlərdir. İl ərzində Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan (ml≥3) 78 zəlzələ qeydə alınıb və onlardan 26 hiss olunan zəlzələlərdir.

Baş direktor onu da əlavə edib ki, 2016-cı ilə nisbətən 2017-ci il ərzində zəlzələlərin sayı azalıb, ayrılan seysmik enerjinin miqdarı artıb. Belə ki, 2016-cı ildə Azərbaycan ərazisində zəlzələlərin sayı 4528, ayrılan seysmik enerjinin miqdarı ∑E=48.7 •1011C, ən yüksək maqnituda ml=5.6 olduğu halda, 2017-ci ildə zəlzələlərin sayı 3642, ayrılan seysmik enerjinin miqdarı ∑E=86.5 •1011C, ən yüksək maqnituda ml=5.7 olub. Azərbaycan ərazisində baş vermiş zəlzələlərin dərinlikləri 2-40 km-dir. Baş vermiş zəlzələlərin dərinliklərinin 40-62 km-ə artması, Xəzər akvatoriyasına keçməsi ilə əlaqadardır.

Hesabat ili ərzində ən güclü hadisə Agdam ərazisində baş verib. 15 noyabr yerli vaxtla saat 23:48:02-də Ağdam ərazisində maqnitudası ml=5.7 olan zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

15 noyabr 2017-ci ildə baş vermiş Ağdam zəlzələlərindən sonra afterşok prosesi kifayət qədər aktivləşib, ilk birinci sutka ərzində əsas təkandan sonra 89 afterşok qeydə alınıb.

Bu il mayın 5-i saat 03:24-də Saatlıda maqnitudası ml=5.4 olan zəlzələ baş verib. Zəlzələ Saatlıdan 24 km cənub-şərqdə Saatlı ərazisində, episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 48 km-dir.
İmişli ərazisində güclü maqnitudası ml=5.6, intensivliyi 5 bal olan zəlzələ baş verib. Bu hadisələrin baş verməsi son illər Kür ovalığının cənub hissəsinin seysmik cəhətdən aktivləşməsini təsdiq edir. Müəyyən olunub ki, zəlzələlər Kiçik Qafqaz və Kür ovalığının toqquşması və sıxılması nəticəsində baş verib.

2017-ci ildə 2016-cı ilə nisbətən şimal-qərb bölgəsində seysmik aktivlik fon səviyyəsindən aşağı olub.

Qurban Yetirmişli çıxışı zamanı həmçinin il ərzində aparılan geofiziki, geokimyəvi və geodinamik tədqiqatların nəticələri, beynəlxalq əməkdaşlıq və gənc kadrların hazırlığı kimi məsələlərə də toxunub. AMEA-nın Yer Elmləri bölməsinin üzvlərinin hesabatla bağlı sualları cavablandırıldıqdan sonra, akademik Pərviz Məmmədov, akademik Hətəm Quliyev və akademik Arif İsmayıl-Zadə çıxış edərək hesabatı yüksək qiymətləndirib, gələcəkdə görüləcək işlərlə bağlı öz təkliflərinin səsləndiriblər. Bölmə üzvlərinin səsverməsindən sonra hesabat yekdilliklə qəbul edilib.

Xəbər 991 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +