Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


26.09.2017  14:05 

ADU-da yenə etiraz aksiyası - Kamal Abdulla 12 tələbəyə ağır cəza verdi





A+  A-

Bir müddət əvvəl etiraz aksiyaları ilə gündəmə gələn Azərbaycan Dillər Universitetində yenidən narazılıqlar yaranıb.
XəzərNews.az-ın BakuPost.az-a istinadən məlumatına görə, sentyabrın 22-də universitetin Təbriz küçəsində yerləşən korpusunda Təhsil fakültəsinin tələbələri aksiyaya başlayıblar. Onlar korpusdakı tələbə sıxlığına etiraz ediblər. Fakültənin dekanı Fikrət Cahangirov tələbələrin qarşısına çıxıb, onlardan aksiyanı dayandırmağı istəyib və istəklərinin dinləniləcəyini qeyd edib.

Lakin bazar ertəsi universitetə qayıdan tələbələr "sürpriz”lə qarşılaşıb. Belə ki, universitet rəhbərliyi aksiyanın təşkilatçılarını və onlara yardım edənlərin kimliyini araşdırıb. Rektor Kamal Abdulla həmin tələbələri əsas korpusda qəbul edib.

Aksiyanın əsas 4 təşkilatçısına universitetdən qovulduqları bildirilib. Bundan əlavə, 8 tələbəyə şiddətli töhmət, digərlərinə isə töhmət verilib.

Yeni rektor tələbələrə bir daha aksiya keçirəcəkləri təqdirdə daha ağır formada cəzalandırılacaqları barədə xəbərdarlıq edib.

Rektorla görüşdə tələbələr Təbriz küçəsindəki korpusun mühafizəçilərindən şikayətçi olublar. Bildiriblər ki, mühafizəçilər onlarla kobud rəftar edir. K. Abdulla həmin mühafizəçilərin də işinə xitam verib.

Məlumat üçün bildirək ki, Təhsil fakültəsi bu ildən Təbriz küçəsindəki korpusa köçürülüb. Bu isə binada birdən-birə tələbə sayının artımına və burada sıxlığa səbəb olub. Tələbələr isə sıxlığın azaldılmasını tələb ediblər.

ADU-nun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli məsələ ilə bağlı BakuPost.az-a açıqlama verərək bildirib ki, universitetdə hansısa aksiya keçirilməyib: "Təbriz küçəsindəki korpusda təhsil alan tələbələri rektor onların istəyi və təşəbbüsü əsasında qəbul edib. Tələbələr müəyyən təkliflər səsləndiriblər. Rektor da təkliflərin nəzərə alınacağını bildirib. Kiminsə universitetdən qovulması barədə deyilənlər isə yalandır”.

Xəbər 1077 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +