Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


05.04.2017  16:27 

Hansı deputatın banka kredit borcu var?





A+  A-

Ekspertlər bildirirlər ki, Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var. Bu sırada az qala hər təbəqədən olan insanlar var. Elə deputatlar da... Milli Məclisdə keçirilən müzakirələr zamanı millət vəkillərinin əksəriyyəti vaxtaşırı bankları tənqid edərək, kreditlərin faiz dərəcələrinin yüksək olmasından şikayətlənirlər.
Deputatlar dəfələrlə bu məsələni parlament tribunasından da səsləndiriblər. Bəs Milli Məclisin üzvlərindən kimlərin kredit borcu var?

XəzərNews.az xəbər verir ki, Modern.az bir neçə nəfər deputat ilə əlaqə saxlayıb.

Tahir Kərimli deyib ki, uzun illərdir ki, banka kredit borcu var: “Mənim hazırda 11-12 min dollar kredit borcum qalıb. Ümid edirəm ki, qalmış borcumu ödəyəcəyəm”.

Çingiz Qənizadənin hazırda kredit borcu yoxdur: “Əvvəllər kredit götürmüşəm və onu bağlamışam. Amma hər zaman kredit götürməkdən qorxmuşam. İndiki kredit borcu olanların da halına çox acıyıram. Xüsusilə də dollarla kredit götürmüş insanların.

Belə demək mümkünsə, banklar öz əhalimizi kredit əməliyyatları altında soyurlar. Bu gün bir yazı ilə tanış oldum.

Orada yazılmışdı ki, bir şəxs 3 min dollar kredit götürüb, sonra fazini 15-16 min manata yaxın ödəməyə məcbur olub. Bu çox acı bir xəbər idi. Şükür ki, mənim kredit borcum yoxdur. Olanlara da arzu edirəm ki, Allah o kreditləri bağlamaq üçün onlara ruzi yetirsin”.

Vahid Əhmədov kredit götürməyi düşünmədiyini qeyd edib: “Heç vaxt kredit götürməmişəm. Götürmək fikrim də yoxdur. Kredit götürməyi də məqbul saymıram. Kredit borcdur, qaytarmalısan”.

Rüstəm Xəlilov da heç vaxt kredit götürmədiyini bildirib: “Mən, ümumiyyətlə, kredit götürməmişəm”.

Elman Məmmədovun da hazırda kredit borcu yoxdur: “Mən əvvəllər kredit götürmüşəm. Onu da avtomobil almaq üçün istifadə etmişəm. Artıq həmin kredit borcumu ödəmişəm. Hazırda isə kredit borcum yoxdur”.

Məlahət İbrahimqızı deyir ki, o da heç vaxt kredit götürməyib: “Çünki kredit götürməyi xoşlamıram. Mənim həmişə gücüm nəyə çatırsa, onu edirəm. Gücüm çatmayan işin isə altına girmirəm. İnsan heç vaxt gücü çatmayan işi etməməlidir.

Baxmayaraq ki, deputatların maaşı mövcud maaşlara nisbətən yüksəkdir. Amma bu gün kredit götürdüm, sonra başıma bir iş gəldi, onu ödəyə bilmədim...

Mənim düşüncəmə görə, heç kəs deyə bilməz ki, sabah nə olacaq. Bəzən insanlar fikirləşir ki, bunu edim və bir aydan sonra yüz min qazanacağam.

Amma çox az adamlar düşünür ki, bəlkə bir aydan sonra yüz min ziyana düşəcəyəm. Ona görə də, mənim heç vaxt kredit götürməklə aram yoxdu. Nəyisə almağa pulum çatırsa, onu da alıram”.



Xəbər 1578 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +