Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


08.03.2017  10:42 

“Abşeronun icra başçısını kəndimizin palçıqlı yollarına dəvət edirik” – ŞİKAYƏT





A+  A-

“Dünya səviyyəli tədbirlərə ev sahibliyi edən bir respublikaya belə yollar yaraşırmı, hörmətli İradə xanım?”
XəzərNews.az bildirir ki, Modern.az-ın redaksiyasına Abşeron rayonunun Məhəmmədi kəndi sakinlərinin müraciəti daxil olub. Müraciəti olduğu kimi nəzərinizə çatdırırıq:

“Salam, hörmətli Modern.az redaksiyası! Şəkildə gördüyünüz bu kücə Abşeron rayon Məhəmmədi kəndindədir. El arasinda “şirniyyatin arxasi” deyilir buraya. Bu kücədə onlarla ev var, yüzlərlə insan yaşayır. Hər gun bu kücədən işə, məktəbə gedib-gələnlər var. Uzun-uzadi yazıb vaxtınızi almaq isrəmirik. Xahiş edirik, bu dərdli kücənin dərdini lazımi qurumlara siz də catdırın. Bu, yüzlərlə insanin adından edilən xahişdi. Amma o var ki, əslində dövlət başçısı İlham Əliyevi, yenicə vəzifə başına keçmiş Mehriban Əliyevanı buna görə narahat etmək doğru deyil. Çünki bu kecilməz yolumuzun dərdinin əlacı Abşeron rayon İcra Hakimiyyətinin əlində “iki vur iki” qədər asan bir məsələdir. Bir neçə gun öncə hansısa saytın xəbərlərində oxuduq ki, Abşeron rayon İcra Hakimiyyətinin başcısı, hörmətli İradə xanım Məmmədova Mehdiabad kəndinə gəlib və camaatla goruşub, kənddə gedən abadliq işləri ilə maraqlanib, yerində butun işlərlə taniş olub. Əsasən məhəllələrarası yolların təmirinin surətlənməsini tapşırıb (Açığı, bir anliq qonşu kəndə paxılliq etdim). Çox gozəl, alqişlayırıq. Amma biz də xahiş edirik ki, hörmətli İradə xanım Məhəmmədi kəndinə də bir qonaq gəlsin. Gəlsin gorsun ki, bu kənddə yollar nə gundədir. Məhəlləarası yolların nə vəziyyətdə oldugunu özü şəxsən gorsün. Görsün ki, XXI əsrdə, Azərbaycanın analoqu olmayan inkişaf yolu tutduğu, dünya səviyyəli tədbirlərə sahiblik etdiyi bir zamanda bu Məhəmmədi kəndinin camaatı bu palçıqlı yollarda nə zülüm ayaqlaya-ayaqlaya qalıb...
Yardim edin, hğrmətli jurnalistlər. Yazın və sosial şəbəkələrdə də paylaşın bu kücənin poroblemini”.

Xəbər 4075 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +