Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


07.02.2017  11:55 

Manat üçün ən kritik ay gəlir - Martda nə olacaq?





A+  A-

 

İqtisadçı ekspert Vüqar Bayramov son günlər manatın dollara nisbətən möhkəmlənməsinə münasibət bildirib.

XəzərNews.az xəbər verir ki, V. Bayramov bununla bağlı sosial şəbəkədə yazıb ki, monitorinqlər göstərir ki, yanvarın ayının sonundan başlayaraq dollara tələb azalıb: “Hətta dollar təklifində də artımlar var. Əslində, yanvar və fevral aylarında dollara tələbin azalması gözlənilən idi. Dekabr ayında idxal, borc öhdəliklərin ödənilməsi və eləcə də səfərlərin sayında artımlar baş verir və nəticədə ilin son ayında dollara olan artım növbəti ilin ilk ayında azalma ilə müşahidə edilir. Dövlət Neft Fondunun yanvar ayında cəmi 285 milyon dollar satması da həmçinin tələbin azalması ilə bağlı idi.

Dollara tələbi artıq əsasən 3 faktor yaradır: idxalın həcmi, xarici borc öhdəlikləri və ölkədən xaricə pul transferi. Dollarlaşma səviyyəsi yüksək olduğu üçün artıq əhalinin yığımlarının strukturu manatın məzənnəsinə əvvəllər ciddi təsir etsə də, indi təsir xeyli dərəcədə azalıb. Çünki 2014-cü ildən sonrakı müddətdə nəinki əhali, hətta biznesin böyük əksəriyyəti yığımlarını xarici valyutaya çevirdilər. Bununla yanaşı, cari xərclər üçün yenə də manata ehtiyac var.

Əslində, əks-dollarlaşma prosesinə başlaya birlərsə Mərkəzi Bank həmin dollarlarının bir hissəsinin manata çevirilib sərmayəyə yönəlməsinə nail ola bilər”.

Onun sözlərinə görə, əvvəlki illərin təcrübəsinə və eləcə də idxalın dövrü struktruna nəzər alsaq, fevral ayının birinci yarısında dollara tələbin aşağı olması ənənəvi xarakter daşıyır: “Mərkəzi Bank üçün ən çətin aylar mart, avqust və dekabr ayları hesab edilir. Çünki bu aylar idxalın atması, bir sıra inkişaf etmiş ölkələrində maliyyə ili martın 31-də başa çatdığı üçün xarici borc öhdəlikləri və xarici səfərlərin çoxluğu baxımından dollara tələb yenidən yüksəlir. Gözlənilir ki, məhz bu səbəblərdən dollara tələb mart ayında yenidən yüksələcək. Əgər Mərkəzi Bank Neft Fondunun bu ilki 7.5 milyard manatlıq transferinin bir hissəsini mart ayında hərraclara yönəldərsə, o zaman gələn ay tələbi optimallaşdıra bilər. O baxımdan, mart ayında Mərkəzi Bankın mövqeyi çox önəmli olacaq. Və əslində 2017-ci ildə Neft Fondunun 14.5 milyard manatlıq büdcəsi fonunda Mərkəzi Bank bazarda aparıcı mövqeyini qoruyub saxlaya bilər. Neftin dünya bazar qiymətinin stabilləşməsi və Trampın dolları dünya bazarında zəiflətmək istəyi də valyuta bazarına psixoloji təzyiqi müəyyən qədər azaldır. Bu isə o deməkdir ki, hərraclara xarici valyutanın çıxarılmasını təmin edən Mərkəzi Bank manatın məzənnəsinə təsir imkanlarını qoruyub saxlamaqdadır”.



Xəbər 919 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +