Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


21.02.2024  15:20 

Bu məhsulun qiyməti o qədər artacaq ki... - Bahalaşma





A+  A-

Kartof əkini ilə bağlı problem getdikcə kəskin xarakter alır. Son məlumatlara əsasən, bu sahəyə maraq xeyli azalıb. Fermerlər artıq kartof istehsal etmək istəmirlər. Mütəxəssislər bunun səbəbinin həllini tapmayan problemlərdən qaynaqlandığını bildirirlər.

Xəzərnews.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a danışan kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov fermerlərin üzləşdiyi əsas problemləri şərh edib. Bildirib ki, Azərbaycanda ötən ildən etibarən kartof sahələri 9,9 faiz azalıb:

“Mövcud tendensiya məhsul istehsalında azalma ilə nəticələnib. Bu proses, əsasən, kartof əkini ilə məşhur olan bölgələrdə, Şəmkir, Gədəbəy, Tovuzda baş verir. Fermerlərin bu sahəyə artıq maraq göstərməməyinin əsas səbəbi ilbəil üzləşdikləri problemlərlə əlaqəlidir. Məhsulu saxlama kameraları yoxdur, primitiv anbarlarda saxlanılan məhsul isə tez bir zamanda xarab olur. Bundan əlavə, fermerlər istehsal vasitələrini baha qiymətə əldə edirlər. Bu səbəbdən məhsuldarlıq aşağı düşür. Onlar istehsal etdiyi məhsulu sərfəli qiymətə sata bilmirlər. Bu kimi amillər fermerlərdə əkin sahələrini genişləndirib inkişaf etdirməyə stimul yaratmır. Belə olduqda isə, istehsal və əkin sahələri tədricən azalmağa başlayır. Üzləşdiyimiz bu hal gələcəkdə kartofun qiymətində artıma səbəb olacaq”.

Ekspert problemlərin həllini tapması üçün bir sıra tədbirlər görülməsini təklif edir:

“Hökümət burada öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Bütün fermerlərin su problemi həll edilməlidir. Ölkənin kifayət qədər su resursu var. Havalar isindikcə, suya olan tələbat artır. Problemin dərinləşməsi isə məhsuldarlığa təsir edir. İtkiyə yol verilməməsi üçün su borular vasitəsilə əkin sahələrinə çatdırılmalıdır. Bununla bağlı biz geniş təkliflər planı hazırlayıb təqdim etmişik. Həmin məsələdə beynəlxalq təcrübəyə əsaslanmaq lazımdır. Sözügedən sahədəki problemlər öz həllini tapmasa, məsələ daha da dərinləşəcək.

Beynəlxalq normanı nəzərə alaraq bildirirəm ki, kartofa olan illik təlabat 1 milyon 700 min tondur. Digər tərəfdən, keyfiyyətli toxum istehsal etməyimiz üçün keyfiyyətli xammal lazımdır. Xaricdən gətirilən toxumlar saxtadır. Bu da rəqabət qabiliyyətli məhsul istehsalına maneə törədir. Təxminən 300 min ton toxum, 1 milyon 300 min ton kartof istehsal olunmalıdır ki, ölkədaxili təlabat ödənsin”.


Xəbər 261 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +