“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


16.08.2017  10:09 

Bu il qəzalarda neçə nəfərin öldüyü açıqlandı





A+  A-

2017-ci ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 848 və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,0 faiz azalaraq 1147 nəfər olub.
XəzərNews.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, onlardan 315-i həlak olub, 832-si isə yaralanıb. Hadisələrin 45,2 faizi gündüz, 38,1 faizi gecə, 16,7 faizi isə toran vaxtı baş verib, 25,6 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Bütün yol-nəqliyyat hadisələrinin 49,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 32,5 faizi bir neçə nəqliyyat vasitəsinin, 18,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2016-cı ilin yanvar-iyun aylarına nisbətən hadisələrin sayı müvafiq olaraq 7,2 faiz artmış, 16,9 faiz və 15,7 faiz azalıb.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 78,7 faizini, yaralananların isə 73,9 faizini kişilər təşkil edib.

Qaydaların pozulmasına görə 30,3 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Xəbər 1049 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +