Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto


29.03.2024  16:31 

Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov





A+  A-

Hikmət Cavadov: “Ürəyə yük salmaq olmaz, həkimlər də qadağan etmişdi” “Müharibədən öncə də jurnalistika fəaliyyətindən əlavə, İdrak Camalbəyli diasporun fəal üzvü idi. Son dövrlərdə vilayətlərdə diaspor tədbirlərinin işıqlandırılması üçün çox işlər görüb, müharibə ilə bağlı ən qaynar nöqtələrdə çalışıb. Cəbhə bölgələrinə gedirdi, reportajlar hazırlayırdı. Müharibədə iştirak edən azərbaycanlıları axtarıb tapırdı. Ümumiyyətlə, diasporun fəaliyyətinə töhfələri çox olub”.

Xəzərnews.az xəbər verir ki,Bu fikirləri Musavat.com-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Ukrayna Ali Rada sədrinin müşaviri Hikmət Cavadov deyib.



O bildirib ki, İdrak Camalbəyli 1 il öncə ürəyində yaranan problemlə bağlı həkim nəzarətində idi:

“Ukraynada ürəyinə stend qoyulmuşdu. Həkim ona idman etməyi qadağan etmişdi və başqa qadağalar qoymuşdu. O isə futbolu sevirdi, hər həftə futbol oynayırdı. Biz də demişdik olmaz, amma qismət... Mən xəbəri gecə aldım. Sonuncu dəfə dünən telefonla danışmışdıq. Səhhəti normal idi. Özünü pis hiss edən adam futbol oynamaz... Futbol oynayan zaman qəflətən ürəyi tutub. Ürəyə yük salmaq olmaz, həkimlər də qadağan etmişdi. Qismət...”

Hikmət Cavadov mərhum jurnalistin nəşinin gətirilməsi üçün lazımi işlərin görüldüyünü qeyd edib:

“İdrak Camalbəylinin nəşinin Bakıya aparılması ilə bağlı prosedur üçün lazımi sənədlər toplanır. Xüsusi ritual şirkətin vasitəsilə Moldova üzərindən gətiriləcək. Biz Ukraynada qəhrəmancasına həlak olan azərbaycanlılar üçün vida mərasimi təşkil edirik. Çətin şəraitdə hərbi reportyor olmaq asan deyil. Buna görə də İdrak Camalbəyli üçün vida mərasimi təşkil edəcəyik.

Onun əziz xatirəsini yad etmək üçün mərasimin rəsmi qaydada, qarovulun müşayiəti ilə keçirilməsinə çalışacağıq. Bizdə olan məlumata görə, Masazırda dəfn olunması üçün danışıqlar aparılır. Dəqiq məlumat Bakıda bilinəcək”.

Xəbər 1319 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb

18.09.2024  12:36 

Sabah hava necə olacaq?

17.09.2024  16:24 

İlqar Mustafayev həbs edilib

16.09.2024  19:23 

Tuncelidə zəlzələ olub

16.09.2024  19:18 

Marmaris: Egeyin incisi

15.09.2024  16:09 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +