İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.01.2024  14:13 

Səbuhi, sənin başqa günahın yoxdurmu?





A+  A-

“İlahi, mən çox içirdim” – parçalanmış qəzetlərin xışıltısı Səbuhinin ayaqları altında axirətdəki sükutu pozurdu. Qəfil bir səs onu yerində durdurdu: axı ayaqlarım amputasiya edilib, bu nədir belə, mən necə yeriyirəm?

Əllərini dizlərinə vura-vura sevinir, şahmat taxtasına bənzəyən günahların üzərində qaçmağa başlayır. Ayağı bir savaba dəyir və yıxılır, başını qaldırır:

- Salam, İlahi!

- Səbuhi, sənin başqa günahın yoxdurmu?

- Günahsız bəndəmi olar? İlahi, çoxdan tərk elədiyin o ölkəyə - Azərbaycana geri dön, Sədəfimi xoşbəxt elə!

Kənardan bir pıçıltı eşidilir – 19 il öncə ağzından güllənənən mətbuatın nəşi də bu gün gəlib çıxdı...

Jurnalistlərin axirətdəki mitinqlərinin səsi eşidilir: “Jurnalistlər ölmür, şəhid olur...”.

Pərdələr asılır...

P.S. Səbuhi, 5 il öncə mənə zəng edib şərəfimə badə qaldırdın, uzağı, 5 il yaşayacağını dedin. Ruhun şad olsun, Münəccim!

Seymur Feyruzov

Xəbər 851 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +