İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.12.2023  15:26 

Nazarbayev öz kitabını azərbaycanlı jurnalistə göndərdi





A+  A-

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev azərbaycanlı jurnalist, AzTV-nin Xəbərlər departamentinin böyük redaktoru Aida Eyvazlıya imzalı kitabını göndərib.

Xəzərnews.az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkə hesabında paylaşım edib.

A.Eyvazlının sözlərinə görə, Nursultan Nazarbayev yeni çapdan çıxmış “Mənim həyatım: asılılıqdan azadlığa” adlı roman epopeyasını öz şəxsi imzası ilə ona göndərib.



"Dekabrın son günü... Qazaxıstanın Birinci Prezidenti, Türk dünyasının bilgəsi, idealım, qibtə etdiyim, çox sevdiyim ən müdrik siyasətçidən, ən gözəl və yaraşıqlı kişidən gözlənilmədən hədiyyə alıram. Böyük Nursultan Nazarbayev öz imzası ilə mənə yeni kitabını göndərib! Yuxudur? Əsla! Yuxu deyil! Həqiqətdir! Kitabı əlimə götürürəm, öpüb gözlərimin üstünə qoyuram, qoxlayıram, ruhunu ürəyimə çəkirəm! Mən Nursultan ağanın bu günə qədər iki kitabını tərcümə etmişəm. Demək, 2024-cü ildə mən bu kitabı da tərcümə edəcəyəm. Bu kitabı tərcümə etməyi isə Tanrı buyurub! Bu mənim tarix qarşısında missiyam və taleyimdir! 2023-cü il həm türk dünyası üçün, həm Azərbaycan üçün və şəxsən də mənim üçün ço uğurlu il oldu! Türk əsri başlatyıb! Yolarımız İpək Yolu olacaq!".



Xəbər 712 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +