İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.12.2023  15:33 

Somali prezidentinin oğlu Türkiyədə mühakimə olunacaq





A+  A-

Türkiyənin Fatih qəsəbəsində motosikletlə hərəkətdə olan kuryer Yunus Emre Göçeri vuraraq öldürdüyü iddia edilən Somali prezidentinin oğlunun məhkəməsinin tarixi bəlli olub.

Xəzərnews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 16 yanvar 2024-cü ildə başlayacaq məhkəmə prosesində Somali prezidentinin oğluna 6 ilə qədər həbs tələb olunacağı idda edilir.

Xatırladaq ki, noyabrın 30-da Fatehdə, Aksaray istiqamətində Kennedi küçəsində, Somali prezidentinin oğlu Məhəmməd Həsən Şekh Mohamud, mühafizə orderi olan Somali Konsulluğuna məxsus avtomobillə motosiklet kuryeri Yunus Emre Göçeri (38) vurduğu iddia edilir. Ağır yaralanan Göçer aparıldığı xəstəxanada dünyasını dəyişib.

Qəzadan sonra şübhəli Mohamud polis bölməsində ifadə verdikdən sonra əvvəlcə sərbəst buraxılıb, daha sonra xaricə çıxış qadağası şəklində məhkəmə nəzarəti tədbiri seçilib. Bu arada ölüm xəbəri ilə şübhəli haqqında həbs qərarı çıxarılsa da, şübhəlinin 2 dekabr 2023-cü ildə Türkiyəni tərk etdiyi müəyyənləşib.



Xəbər 389 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +