İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.11.2023  20:37 

ABŞ-ın Azərbaycandakı agentura şəbəkəsi ilə görüşünə... - Münasibət





A+  A-

"ABŞ-ın dünyanın hər yerində agentləri var, o cümlədən Azərbaycanda da olması mümkündür, amma agentlərlə görüş bir qayda olaraq məxfi olur və əvvəlcədən görüş barədə mətbuata elan verilmir".

Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlama keçmiş MTN-nin sabiq əməkdaşı İlham İsmayıl çıxış edib.

İ.İsmayıl qeyd edib ki, ümumiyyətlə şəbəkə üzvləri bir-birilərini tanımaması üçün, hətta iki agentlə eyni vaxtda eyni məkanda görüş keçirilməz:

"İkincisi, əgər görüşüləcək şəxslərin agent olduqları barədə əsaslı şübhələr varsa, təcili bu şəxslər vətənə xəyanət maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalı və bunu bilənlər mətbuata deyil, xüsusi xidmət orqanına müraciət etməlidir".

İ.İsmayıl əlavə edib ki, ABŞ-ni tənqid etmək, onun qərəzli mövqeyinə sərt cavab vermək və ikili standartlar sərgilədiyinə görə faktlarla ifşa etmək olar və lazımdır, amma belə qeyri-peşəkar yanaşma əks effekt yaradır.

Qeyd edək ki, mətbuatda noyabrın 27-də ABŞ-ın Azərbaycandakı səfirliyinin ölkəmizdəki agentura şəbəkəsi ilə oteldə açıq görüş keçirəcəyi barədə informasiya yayılıb.

Xəbər 934 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +