İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.10.2023  12:52 

Hərrac komissiyasında rüşvət... Baş məsləhətçi saxlanıldı





A+  A-

Rüşvət müqabilində dövlət əmlakının qanunsuz yolla mülkiyyətə verilməsi faktı üzrə cinayət işi başlanıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və İqtisadiyyat Nazirliyi birgə məlumat yayıb.

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə rüşvət müqabilində dövlət əmlakını mülkiyyətə verən vəzifəli şəxsin qanunazidd əməlləri ifşa olunub.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin baş məsləhətçisi Seyran Məmmədovun sədrlik etdiyi hərrac komissiyası tərəfindən Neftçala rayonunda dövlət mülkiyyətində olan 1 hektardan artıq torpaq sahəsi və üzərində yerləşən tikinti obyektinin alqı-satqısına dair keçirilmiş auksionda vətəndaşın 22 min 500 manat pul müqabilində qalib elan edilməsinə nail olmasına şübhələr müəyyən edilib.

Tələb etdiyi rüşvət məbləğinin bir hissəsini vətəndaşdan alarkən cinayət başında yaxalanmış həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən bir sıra sübutlar aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış sübutlar əsasında Seyran Məmmədov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 488 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +