İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


22.10.2023  22:48 

Azərbaycanda sosial sərmayə anlayışı niyə zədələnib?





A+  A-

Azərbaycan cəmiyyətində sosial sərmayə anlayışı çox zədələnib. Qarşılıqlı etimadsızlıq mühiti geniş yayılıb.

Burada 2 mühüm qarşılıqlı təsir müstəvisi var:

Biri insanların biri-birinə olan inamları, digəri isə institutsional güvən anlayışıdır. İnsanların sözlərinin arxasında əməli fəaliyyət dayanmayanda bu ictimai münasibətlərdə etimadsızlıqlar artır.

Eyni zamanda idarəetmə qurumlarının effektiv fəaliyyətinə insanların güvəninin sınması inamsızlıq müstəvisini böyüdür.

Bunun önəmini izah etmək üçün yüzlərlə sadə misallar çəkmək olar. Şəxsi müşahidələri bölüşmək işə yaraya bilər.

Lakin bunun fundamental elmi əsaslarını bilmək mövzunu mübahisələndirməyə yer qoymur.

Fransız alimlər Yann Algan və Pierre Cahuc iqtisadi artımın insanların bir-birlərinə və cəmiyyətə olan inamından asılılığını hesablayıblar.

Aydın olub ki, Isveç dünyada inam səviyyəsinə görə ilk yerdədir və əgər bu səviyyədə inam olsaydı, adambaşına düşən gəliri Ingiltərədə 7 faiz, Almaniyada 9 faiz, Rusiyada 69 faiz artıra bilərdi.

Kouz teoreminə görə, cəmiyyətdə inamsızlıq tranzaksiya xərclərini artırır və iqtisadiyyatı geri çəkir. Mansur Olson da yapon və alman iqtisadiyyatlarının artımında inamın böyük rol oynadığını bildirmişdilər.

Ona görə həm iqtisadiyyatın inkişafında, həm də cəmiyyətdə birləşdirici gücün artması nöqteyi-nəzərindən qarşılıqlı etimad və inam mühitinin yaradılması çox mühümdür.

Hərbi müstəvidə güclü olmaq vacib idi. Bunu Azərbaycan ordusu bacardı. Ordumuz ətrafında hamımız sıx birləşdik. Ordumuzu qürur və şərəf yeri bildik.

İndi növbə ictimai münasibətlər sistemində ciddi bir mərhələni başlatmaqdır. İnsanlar orduya, dövlətə, cəmiyyətə inanmalıdırlar.

Onlara dövlət inam aşılamalıdır. İnam təminatı yaratmalıdır.

Məmməd Talıblı
İqtisadçı


Xəbər 514 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +