İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.10.2023  20:05 

Kiyevdəki “Azərbaycan evi“ ilə bağlı müəmma: – Komitə bir söz deyir, reallıq başqa - Video





A+  A-

Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının yerləşdiyi "Azərbaycan Evi" 4 aydan artıqdır fəaliyyətini dayandırıb.
Xəzərnews.az xəbər verir ki, bu gün binanın üzərindəki təşkilatın adı sökülüb, binanın qarşısındakı Azərbaycan bayraqları isə yığışdırılıb.

“Azərbaycan Evi”nin bağlanmasına səbəb onun saxlanma xərclərini üzərinə götürən Diasporla iş üzrə Dövlət Komitəsinin bundan imtina etməsidir. Komitənin sədri Fuad Muradovun göstərişi ilə heç bir səbəb göstərilmədən "Azərbaycan Evi"nə ayrılan maliyyə dayandırılıb.

Qeyd edək ki, Ukraynadakı Azərbaycan diasporunun baş ofisi 10 il idi ki həmin binada yerləşirdi. Son zamanlar dünya ictimaiyyətinin diqqət mərkəzində olan, yüzminlərlə soydaşımızın yaşadığı, dünyadakı ən aktiv diasporlarımızdan olan Ukraynadakı Azərbaycan diasporunun mərkəzi qərargahının bağlanması acınacaqlı haldır.



Məsələyə Diasporla İş üzrə Dövlət Komitəsi də münasibət bildirib:

“Ukraynadakı mövcud vəziyyətlə əlaqədar Ukrayna Azərbaycanlıları Radasının Kiyev şəhərində yerləşən ofisinin fəaliyyəti təhlükəsizlik məqsədilə müvəqqəti dayandırılsa da, Rada müharibə şəraitinə uyğun öz aktivliyini qoruyub saxlayıb, yaranmış vəziyyətə müvafiq addımlar atıb, xüsusilə təxliyyə proseslərində fəal iştirak edib.

Bundan sonra da ofisin fəaliyyətinin davam etdirilməsi ilə bağlı heç bir problem yoxdur.
Ukrayna Azərbaycanlıları Radasının ofisi işlək vəziyyətdədir, hazırda təşkilatın icraçı direktoru və aparat rəhbəri iş başındadırlar.

Yaxın günlərdə təşkilatın mərkəzi ofisinin binasında İdarə Heyətinin toplantısının keçirilməsi planlaşdırılıb”.

Redaksiyadan:

Diasporla İş üzrə Dövlət Komitəsi bir tərəfdən ofisin fəaliyyətinin dayandırıldığını etiraf edir, digər tərəfdən ofisin işlək vəiyyətdə olduğunu(?), təşkilat funksionerlərinin iş başında olduğunu bəyan edir. Bağlanın ofisdə fəaliyyət necə ola bilər? Ofisin qapısı 4 aydır bağlıdır, kirayə pulu verilmədiyindən, icarədar müqaviləni birtərəfli şəkildə ləğv edib və qapının qıfılları dəyişdirilib.../Bakupost.az


Foto: Azərbaycan evi dünən...


Foto: Azərbaycan evi bu gün...

Xəbər 1239 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +