İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


18.10.2023  13:35 

İordaniya İsrailə qarşı: “Fələstinlilərə layiq olduqları ədaləti verin”





A+  A-

İordaniyanın xarici işlər naziri Ayman Hüseyn Abdullah əs-Səfədi Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində İordaniya, ABŞ, Fələstin və Misir liderlərinin zirvə toplantısının keçiriləcəyini bildirsə də müharibənin qarşısını ala bilməyəcəkləri üçün onu ləğv etmək qərarına gəldiklərini açıqlayıb.

Xəzərnews.az yerli mediaya istinadən xəbər verir ki, İordaniya rəhbərliyi Fələstin və ABŞ nümayəndələri ilə məsləhətləşmələrdən sonra müvafiq sammiti keçirməmək qərarına gəlib, çünki İordaniya onun keçiriləcəyi təqdirdə yeganə mümkün nəticənin müharibənin qarşısını almaq, insan hüquqlarına hörmət etmək olmasını istəyir.

“Fələstinlilərə dəyər verin və onlara layiq olduqları ədaləti verin”, - deyən Əl-Səfadi qeyd edib ki, sammitin keçirilməsindən imtina İsrailin Qəzza zolağında Fələstin xalqına qarşı “davamlı repressiyaları” ilə bağlıdır.

Nazir həmçinin Qəzza zolağında 500-dən çox insanın ölümü ilə nəticələnən Əl-Əhli xəstəxanasına hücumda israilliləri günahlandırıb.

Xəbər 463 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +