İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.10.2023  11:21 

Arayik Arutyunyan bu vəkilin iştirakı ilə dindirildi





A+  A-

Qarabağda erməni separatçıların yaratdığı qondarma rejimin keçmiş “rəhbəri”, ötən gün həbs edilən Arayik Arutyunyanın hüquqlarını müdafiə edəcək vəkilin kimliyi məlum olub.

Xəzərnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, vəkil Alov Səfərəliyevdir. O, sosial şəbəkə səhifəsində bildirib ki, Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak edib.

Vəkilin sözlərinə görə, A.Arutyunyanın səhhəti və psixoloji durumu yerindədir: “Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq.

Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracağıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik”.

Qeyd edək ki, Arutyunyan Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirilib.

Xəbər 4381 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +