İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.08.2023  12:14 

“Azərbaycanda insan haqları mövzusu aktuallaşdırılacaq” - Səbəb?





A+  A-

“BMT-nin Təhlükəsizlik Şurasının iclası ərəfəsində son illərin ən irimiqyaslı anitazərbaycan kampaniyası aparıldı”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə siyasi şərhçi Cəmaləddin Quliyev çıxış edib.

C.Quliyev bildirib ki, istər Qərb, istər Şərq mediasında, insan hüquqları ilə məşğul olan beynəlxalq QHT-lər, ayrı-ayrı beynılxalq qurumlar, dövlətlərin parlamentləri, hökumətləri səviyyəsində çağırışlar edildi:

“Bizim yaxın müttəfiqlərimiz olan Türkiyə və İsrailin erməni lobbisinin təsirində olan bir qrup ziyalısı, keçmiş siyasətçiləri belə bu prosesə cəlb olundu. Çağırışlarda 1948-ci ildə Qərbi Berlinə humanitar hava məkanı açılması ilə bağlı tarixi müqayisələr aparılır, Laçın dəhlizinin dərhal, qeyd-şərtsiz açılması tələb olunurdu və s.”.

C.Quliyevin sözlərinə görə, bu kamapaniyanın müsbət cəhəti odur ki, erməni lobbisinin maksimal imkanlarını, media kampaniyalarının miqyasını, bizimlə müttəfiqlərimizin arasını vurmaq üçün hansı addımlar ata biləcəklərini təsbit edə bildik:

“Sonrakı addımlarını da gizlətmirlər: ABŞ Konqresində 907-ci düzəlişin yenidən tətbiqinə çalışılacaq, Azərbaycanda insan haqları mövzusu aktuallaşdırılacaq. İnsan haqları mövzusunda Frenk Pallone, Baronessa Koks, Bob Menendes kimi ifrat azərbaycanofob şəxslərin fəallaşması təsadüf deyil”.

Xəbər 732 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +