İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.07.2023  12:41 

313 milyard neft pulu... - 222 milyardı xərclənib





A+  A-

Ölkəmiz 1999-2022 illər ərzində neft-qaz gəlirlərindən Neft Fondumuza 313 milyard dollar gəlir daxil olub. Bunun 222 milyard dolları xərclənib.

Ölkəyə əlavə olaraq 250 milyard dollar həcmində xarici investisiya cəlb olunub. Bütövlükdə ölkə maliyyə axınları nöqteyi-nəzərindən pik həddini yaşayıb və o təsirlər hələ də davam edir.

Məntiqlə bu qədər böyük maliyyə axını ölkəmizdə dayanıqlı orta təbəqə yaratmalı idi. Zəngin insanları ortaya çıxarmalı idi. Ölkədə biznes subyektlərinin kapitalizasiyası daha da genişlənməli idi.

Mən bunu hər zaman deyirəm ki, bir dövlətin zəngin olması dövlət ehtiyatlarının olması ilə yanaşı, vətəndaşlarının nə qədər zəngin olması ilə ölçülməlidir. Vətəndaşı zəngin olan qüdrətli dövlətdir.

Vətəndaşın zənginləşdirmək bir yana, onun öz bacarıqları hesabına zənginləşdiyi zaman ona hansı təşviqedici təsirlər var sualına cavabı hamımız bilirik. “Əzrayılın uşaq paylamaq söhbəti…”

İnkişaf etmiş ölkələr vətəndaşlarının zəngin olması ilə öyünür. ABŞ-dan, İngiltərədən, Çindən nümunələr gətirəndə deyirlər ki, onlar böyük dövlətdir və zəngin insanların olması təbiidir. Gəlin ən kiçik ölkələrdən birini götürün. Məsələn, Sinqapur…

Ölkədə neçə nəfərdən biri zəngindir sualını dəqiqləşdirə bilmirsən. Sinqapurda 6 nəfərdən 1 nəfərinin 1 milyon dollardan artıq pulu var.

Biz də 1 milyon dollardan artıq pulu olanın “ovuna” çıxıb müflisləşdirirlər ki, yoxsullarla bərabərləşsin. Yoxsulların gəlirlərini artırıb zənginləşdirmək yox, zənginləri yoxsullaşdırıb onları bərabərləşdirirlər.

Bu TƏRS BƏRABƏRLİK işarəsi ilə hara gedirsiniz?

Məmməd Talıblı
İqtisadçı


Xəbər 902 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +