İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


24.06.2023  12:31 

Priqojin niyə bağırır? - Şərh





A+  A-

Bağıran adam haqsız olsa da, özünü haqlı sayır. Sakit adam isə haqsız olsa da, özünü güclü sayır...

Priqojin bağırır. Hiss olunur ki, onu boğaza yığıblar. Mənə elə gəlir ki, Rusiya MN rəhbərliyi irəli çıxmasını istəmədiyi üçün ona badalaq qurdu və təxribata çəkə bildi.

Kabinet siçovulları belə şeyləri yaxşı bacarırlar. Putin də təbii ki, onların tərəfini tutdu.

Çünki özü də bürokratın yekəsidir, ikincisi də öz canından qorxur. Priqojin hələ ki uzaqda, Şoyqu ilə Gerasimov isə burnunun ucundadırlar.

Məncə, Priqojin xəyanətkar deyil, oxşamır. Amma Putinin oxşadığını dəfələlər yazmışam. Çünki Rusiyanı bu günə salan Putinin xəyanətidir.

Bürokratın vətəni olmur, onun ancaq kreslosu var. Rusiyada hazırda vətənlə kreslo üz-üzə gəlib. Priqojin yaxşı adama oxşamır, amma indiki halda və rus insanının baxış bucağından o haqlı görünür. Bizim üçün ikisi də pisdir.

Priqojin Ukrayna və Qərblə danışığa bundan sonra gedə və Moskvanın ona vermədiyi silahları Qərbdən ala bilər. Çünki başqa yolu yoxdur. Su meymunun boğazına çıxanda balasını ayağının altına alır. Çünki qisas hissi vətən sevgisindən güclü olur.

Şərqi Ukraynanı guya özünə birləşdirmək istəyən Rusiya, deyəsən, öz qərbini əldən verməli olacaq. Priqojin Moskvaya qədər gedə bilməsə də, Rostovda yeni rus dövləti qura bilər. Proses də deyəsən elə buna gedir.

Belə getsə, Putini aşıracaqlar. Kommunistlər və ya sol patriotların onu dəstəkləməmək ehtimalı yüksəkdir.

Bunlar hamısı, əlbəttə, ehtimaldır. Doğrusunu, yaşayıb görərik. Necə deyərlər, Allah bir iş işləsin, bizə də xeyri olsun.

Nadir Qocabəyli

Xəbər 1198 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +