İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


11.05.2023  10:30 

Azərbaycan QHT-ləri Türkiyə Vəqflər Baş İdarəsində... - Fotolar





A+  A-

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının Vəqflər Baş İdarəsində növbəti görüş keçirilib.

XəzərNews.az Agentliyə istinadla xəbər verir ki, Türkiyə Respublikasının Vəqflər Baş İdarəsinin müdiri Sinan Aksu Azərbaycan nümayəndə heyətini salamlayıb, qurumun fəaliyyəti haqqında məlumat verib.

Qurum olaraq Azərbaycanla sıx əməkdaşlığa, birgə fəaliyyətə daim önəm verdiyini bildirən S.Aksu Vəqflər Baş İdarəsi və Agentlik arasında işgüzar münasibətlərin daha da inkişafına ehtiyac olduğunu bildirib. Çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya sektorunun məsul əməkdaşı Əli Pənahov Azərbaycan və Türkiyə Respublikalarının dostluğundan, tarixi əlaqələrin inkişafından bəhs etmiş və bu qardaşlığın bütün sahələrdə olduğu kimi vətəndaş cəmiyyəti ilə münasibətlərdə də daim ön planda olduğunu bildirmişdir.

Daha sonra Agentliyin İcraçı direktoru Aygün Əliyeva səmimi görüş üçün təşəkkür edib, qurumlararası münasibətlərin daha da möhkəmlənməsi və birgə əməkdaşlıq üçün mexanizmin formalaşdırılmasının vacibliyini vurğulayıb.

Görüşdə iştirak edən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri və Vəqflər Baş İdarəsinin əməkdaşlarının da iştirakı ilə müzakirələr aparılıb.

Daha sonra 44 günlük şanlı Vətən müharibəsi şəhidlərinin övladlarının çəkdiyi rəsmlər əsasında hazırlanan hədiyyə Sinan Aksuya təqdim olunub. Sinan Aksu isə Vəqflər Baş İdarəsinin adından xüsusi hazırlanmış Quranı-kərimi Azərbaycan nümayəndə heyətinə təqdim edib.

İşgüzar görüşün sonunda Azərbaycan-Türkiyə dostluq-qardaşlıq münasibətlərinə töhfə verəcək və özündə müştərək fəaliyyəti, gələcək əməkdaşlığı, birgə layihələri əks etdirən “Anlaşma Memorandumu” imzalanıb.








Xəbər 575 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +