İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.04.2023  15:22 

İsa Qəmbər oğlu ilə bağlı məsələyə aydınlıq gətirib





A+  A-

"İlkinin 40-a yaxın yaşı var, yetkin insandır. Öz qərarlarına, öz addımlarına görə məsuliyyət daşıyır”.

XəzərNews.az xəbər verir ki, bu fikirləri “Laf TV”nin efirində tanınmış siyasətçi İsa Qəmbər oğlu İlkin Qəmbərin məlum tvitinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, kimin nə sualı varsa, İlkinin özünə yönləndirə bilər:

“Onun mövqeyində, fikirlərində müəyyən məaqmlar var ki, onlarla razı deyiləm. 7-8 ildir ki, biz görüşmürük, üz-üzə danışa bilmirik. İlkin uzun illərdir Kanadada yaşayır. Orada bir neçə azərbaycanlı ilə birgə yutub kanalı ( Kings and Generals) açıblar. Yüzlərlə tarixi filmlər çəkiblər. Təsəvvür edin bir neçə istedadlı azərbaycanlının yaratdığı kanal yutubda ən populyar kanallardan biridir. 3 milyona yaxın abunəsi var. Sözügedən filmə ( Ermənistan Krallığı: Qədim Roma ilə Parfiya arasında. Sənədli film - red.) baxmadığım üçün onunla bağlı bir söz deyə bilmərəm amma soyqırımla bağlı (“Erməni soyqırımı” – red.) tamam səhv mövqedədirlər. Bu mənə və bütün məsuliyyətli insanlara aydındır ki, heç bir soyqrım olmayıb. Təəssüf ki, bəzi insanlar təbliğatın altına düşürlər yanlış mövqedə dururlar. Mənim üçün soyqrımla bağlı paylaşım gözlənilməz oldu. Görünür İlkin, eləcə də bəzi gənclərlə bu mövzular ətrafında söhbət etməyə ehtiyac var”.

Xəbər 477 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +