İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


25.04.2023  11:37 

Peşə məktəbində qanunsuzluq... - Cinayət işi başlanıb





A+  A-

Peşə təhsil müəssisələrində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

XəzərNews.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin vəzifəli şəxsləri tərəfindən dövlət vəsaitlərinin idarə olunması ilə bağlı qanunvericiliyin pozulması barədə Hesablama Palatasından material əsasında daxil olub.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Araşdırma zamanı həmin Agentliyin tabeliyində olan ayrı-ayrı peşə məktəblərinin vəzifəli şəxsləri tərəfindən dövlət büdcəsi vəsaitlərinin əmək haqqı və digər ödənişlər adı ilə qanunsuz olaraq müxtəlif şəxslərin bank hesablarına köçürülməsinə və bununla da, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xəbər 428 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +