İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.04.2023  13:41 

Azərbaycanla bağlı qərarı güc strukturları verir - Politoloq





A+  A-

"Hazırki məqamda hərbi toqquşma nə Azərbaycan, nə də İranın maraqlarına cavab verir. Bununla belə, münasibətlərin gərginlik mərhələsindən çıxması, stabillik yaranması üçün ilk addımları Tehran atmalıdır. Qarşı tərəf öncə Azərbaycan səfirliyinə edilən hücumun araşdırılması barədə Bakıya müfəssəl məlumat verilməlidir. Eyni zamanda, İranın sərhəddə qoşun birlikləri toplamaqdan və hərbi təlimlərindən tutmuş, internetdə təxribatçı görüntülər yaymasına qədər məsələlər müzakirə olunmalıdır”.

XəzərNews.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycana qarşı təxribatçı qərarları məhz İranın güc strukturları və deputatları qəbul edirlər:

“Güc stukturlarının saytlarında və televiziyalarında Azərbaycan əleyhinə təbliğat heç zaman dayanmayıb. Bu məsələlərə də aydınlıq gətirilməlidir”.

O qeyd edib ki, iki ölkənin xarici işlər nazirlərinin mütəmadi telefon danışıqlarının mövcud gərginliyi azaldacağına inam azdır. Çünki belə telefon danışıqları keçmiş aylarda da baş tutub, amma münasibətlərin normallaşmasına müsbət təsiri olmayıb:

“İranda qərarları bu ölkənin Xarici İşlər Nazirliyi vermir. Azərbaycanla bağlı qərarları güc strukturları – İslam Keşikçiləri Korpusu və ona aid strukturlar verirlər. Deməli, münasibətlərin normallaşması üçün bu stukturların qərar verməsi lazımdır. Onlar qərar vermədən İran Xarici İşlər Nazirliyi istəsə belə münasibətləri normallaşdıra bilməyəcək. Nazirlərin hər telefon danışığından sonra növbəti təxribatlarla üzləşəcəyik və gərginlik azalmayacaq”.

Elxan Şahinoğlunun fikrincə, hazırki məqamda iki ölkə arasında gərginliyin azalması və münasibətlərin normallaşması üçün daimi əsasda fəaliyyət göstərən ikitərəfli komissiyanın fəaliyyətinə ehtiyac var.

Xəbər 562 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +