İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.02.2023  18:37 

Naxçıvanda “prava“nın “qiyməti“ qalxdı





A+  A-

Naxçıvan DYP-də sürücülük vəsiqəsi üçün ödənilən məcburi rüşvətin məbləği 3 dəfə artırılıb.

XəzərNews.az xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan“a vəsiqə almaq istəyən yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, əvvəl bütün qanuni xərclərdən əlavə vəsiqə üçün 300 manat rüşvət tələb olunurdusa, bu məbləğ bir həftədir 1000 manat olub.

Şərur rayon sakini Mürvət Cəlilov deyir ki, qiymətlər qaldırıldığı üçün imtahanda iştirak etməkdən imtina edib:

“Hələ, 15 gün əvvəl köhnə qaydada 300 manat rüşvətimi vermişdim ki, ötən həftəki imtahanda iştirak edib, vəsiqəmi alım. İmtahana getdim, dedilər ki, qaydalar dəyişib, əlavə 700 manat da verməlisən. Razılaşmadım, dedilər ki, bizlik deyil, Ali Məclisdən gələn yeni tapşırıqdır, bu gündən qiymət 1000 manat olub. 300 manatımı qaytarıb dedilər ki, 700 də nə vaxt düzəldib üstünə qoysam, gəlib vəsiqəmi apara bilərəm. Naxçıvana Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunandan sonra bir çox yerlərdə rüşvət dayandırıldı, bir sıra qaydalar müsbətə doğru dəyişdi. Buna çox sevindik. Sən demə, hər şey müvəqqəti yerlərini bərkidənə kimi imiş. Yenidən rüşvətxorluq, həmin qaydalar daha sərt şəkildə tətbiq olunmağa başlayıb”.

Şahbuz rayon sakimi Cavid Heydərov deyir ki, imtahandan keçib, sürücülük vəsiqəsi almaq üçün aylarla çalışıb. Lakin, 40 manat qanuni rüsumu ödəyib, vəsiqə almaq ona da qismət olmayıb:

“Naxçıvan Dövlət Yol Polis İdarəsinin qeydiyyat İmtahan şöbəsində sistemi elə qurublar ki, düzgün və dəqiq bildiyin sualların cavabını kompüter səhv çıxarır. Sən imtahandan kəsilirsən və imtahandan keçə bilmədiyin üçün məcbur qalıb istənilən rüşvəti verirsən. Ona görə də rüşvət verməyənlərin vəsiqə alması mümkünsüzdür. Mənim də başıma eyni oyunu açdılar. Sonda dedilər ki, nə etsən, xeyri yoxdur, 1000 manatımızı verməlisən. Əvvəl yenə 300 manat idi. Ordan, burdan tapıb düzəltmək olardı. Min manatı camaat hardan alsın ki, gətirib bunlara da rüşvət versin“.

Xəbər 1163 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +