İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.11.2022  16:50 

Litva Lobodanı qara siyahıya salmayacaq





A+  A-

Litva hakimiyyəti ukraynalı müğənni Svetlana Lobodanın arzuolunmaz şəxslər siyahısına salınması ilə bağlı fikirlərini dəyişib.

XəzərNews.az xəbər verir ki, bu barədə TASS-a Litva Xarici İşlər Nazirliyindən məlumat verilib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Paulina Levitskaite Litvada sənətçinin qara siyahıya salınması üçün heç bir hüquqi əsas olmadığını bildirib.

Lobodanın ölkədə persona-non-qrata kimi tanınmasının mümkünlüyü mövzusu ukraynalı müğənninin Litvanın bəzi şəhərlərində qastrol səfəri ilə bağlı xəbərin yayılmasından sonra gündəmə gəlib.

Belə ki, Litvanın mədəniyyət naziri Simonas Kairis qeyd edib ki, Lobodanın Ukraynadakı münaqişə ilə bağlı mövqeyi hələ də anlaşılmazdır. O, həmçinin müğənninin Litvaya qastrol səfərinin təşkilatçılarını onun konsertlərini ləğv etməyə çağırıb.

Yusif Əlican
XəzərNews.az


Xəbər 449 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +