İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.09.2022  11:00 

Sərhəd Xidməti DTX-ya verilsin... - TƏKLİF





A+  A-

İran ölkəmizə narkotika və mərsiyəni idxal etməklə məşğuldur. Sosial problemlər içində boğulan və çox qismi savadsız olan əhali isə hansı yola təhrik edildiyini dərk edə bilmir.

Son zamanlar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məmləkətimizdə total şəkildə cinayət işləri aparılır.

Demək olar bütün cinayət işlərində İrandan ölkəmizə satış məqsədilə gətirilən narkotik vasitələr dövlət sərhədimizdən gizlin yolla keçirilməsi göstərilir. Əksər hallarda bu xüsusatlar istintaq nəticəsində mötəbər sübutlarla təsdiq olunur və məhkəmə ittiham hökmü çıxarır.

Bununla da sərhəd xidmətimizin yarıtmaz vəziyyətdə olması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə tam təsdiq olunur. Artıq narkotika orta məktəblərə sirayət edib. Gənclər kütləvi şəkildə ağ ölümün ağuşuna düşmək yolundadır.

Yuxarıda göstərdiyim nüanslar kifayət edir ki, sərhəd xidmətinin rəhbərliyinə ittiham verilib həbs olunsunlar.

Sərhəd qoşunlar əvvəlki kimi Dövlət Təhlükəsizlik Xidmətinin tabeçiliyinə verilsə bir çox problemlərin aradan qalxma ehtimalı artar.

Adəm Məmmədov
Vəkil


Xəbər 501 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +