İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.07.2022  13:47 

Elə bir proses başlayıb ki...





A+  A-

Ermənistan ordusunu Qarabağdan çıxarır. Azərbaycan işğaldan azad edilmiş ərazilərə geri qayıdır. İyulun 22-də Zəngilanın Ağalı kəndinə köç başladı. Bunların paralel getməsi təsadüfdürmü? Əsla. Masada şərtləri İlham Əliyev diqtə edir. Ölkəsinin, xalqının bütün istək və haqqını qarşı tərəfə icra etdirir. Hələ bunlar harasıdır... Qarşıda elə nəhəng proseslər var, reallaşdığında nə gözlərimizə inanacağıq, nə qulaqlarımıza.

Şəxsən mən müharibə başlayan gün də, 10 noyabr üçlü sazişi imzalanan gecə də, ondan sonrakı proseslərdə də ölkəmin qalib olduğuna, qalib olacağına zərrə şübhə etmədim. Hər zaman inandım. Bu inamımı məqalələrimə köçürdüm, oxucumla paylaşdım, tarixlə bölüşdüm. İnam qələbənin yarısıdır. İndən sonrasına da inanıram. İnanıram ki, Azərbaycan işğal edilmiş, itirilmiş bütün əraziləri azad edəcək. Elə bir proses başlayıb ki, bunun qarşısını heç bir iradə ala bilməz. Bu yolda bizə dəstək olanlara əməkdaşlıq əlimizi uzadırıq, əngəl olmaq istəyənlərə dəmir yumruğumuzla cavab veririk.

Azərbaycan bu prosesdə dünyanın bütün aparıcı güclərini yanına aldı. Onların hamısının dəstəyini qazandı. Ən birinci qardaş Türkiyə ilə hərbi-siyasi ittifaq bağlandı. 44 günlük Vətən müharibəsinin gedişatından bunun nə demək olduğunu gördük, yaşadıq.

Bölgənin aparıcı dövlətləri olan Rusiya və İranla münasibətlər bəzi istisnalar xarıc, yüksək səviyyədə tutuldu, proses indi də davam edir.

Regioana ciddi təsir imkanı olan İsrail yanımızdadır. Pakistan kimi kilid dövlətlə siyasi-hərbi sahədə dost-müttəfiqiq.

Dünya siyasətinin əsas yönverici qüvvələri olan Avropa Birliyi, ABŞ-la da heç bir problem yoxdur. Prezident İlham Əliyevin qurduğu və yürütdüyü siyasət qüsursuz çalışır. İnşallah bu siyasət Azərbaycanın tam və qəti qələbəsini təmin edəcək.

Azər Ayxan

Xəbər 1264 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +