İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.07.2022  09:31 

Paşinyan Türkiyə vasitəsilə Rusiyanın təsirindən çıxmağa çalışır?





A+  A-

"Türkiyə Ermənistan liderlerinin telefon danışığı iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımdır. Azərbaycan Türkiyənin Ermənistanla əlaqələrinin normallaşdirmasina qarşı deyil".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə MCP sədrinin müavini Məhəmməd Əsədullazadə çıxış edib.

M.Əsədullazadə bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra bu təmaslar iki ölkə arasında münasibətlərin qurulmasina və Ankaranın Ermənistanda iqtisadi mövqeyi möhkəmlənməsinə xidmət edəcək. Bununla, Ankaranın Ermənistana müəyyən təzyiqləri formalaşa bilər. Həmçinin Rusiyanın mövqeləri zəifləyə bilər:

"Bundan əlavə, Ermənistan Azərbaycanla münasibətlərə aydınlıq gətirməsə, real sülh danışıqlarından yayınarsa. ərazi bütövlüyünü tanımasa, Ankara Yerevan münasibətləri normallaşmayacaq. Proses var və Türkiyə bu məsələdə Azərbaycansız addım atmır.
Hazırda Brüssel formatı dayanıb. Rusiya Brüsselin vasitəçiliyi Yerevan vasitəsilə qarşısinı alır.

Türkiyə Ermənistan əlaqələrinin qurulması geosiyasi şərtdir və Yerevan rəhbərliyi bunu qəbul edir. Həmçinin Yerevanda başa düşürlər ki, Qarabağ məsələsindən geri çəkilmək və sülh imzalamaq Ermənistanın Rusiyanın təsirindən qurtulmasıdır. N. Paşinyan Türkiyə vasitəsilə Rusiyanın təsirindən çıxmağa çalışır".


Xəbər 1152 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +