İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.04.2022  10:24 

Saxlayın Yer kürəsini....





A+  A-

Nə deyirdi rəhmətlik Vaqif Səmədoğlu? Deyirdi ki, "Saxlayın Yer kürəsini, mən düşmək istəyirəm"...

Bir yanda xristian xristianı (rus ukraynalını) qırır, o biri yanda isə müsəlman müsəlmana qənim kəsilir.

Dünən iftar vaxtı Nigeriyada bir məscidə silahlı hücum olub. Məscidə daxil olan silahlı şəxslər orada üç nəfəri öldürüb, daha bir neçə nəfəri isə oğurlayıb.

Belə baxanda Nigeriya gözümüzdən, könlümüzdən olduqca uzaq bir ölkədir. Bir-birimizin nə ölüsüylə, nədəki dirisi ilə maraqlanan deyilik.

Amma ortada müsəlman həmrəyliyi, İslam təəssübkeşliyi deyilən bir anlayış da var. Bir-birindən minlərlə kilometr uzaqlarda yaşayan müsəlmanlar bir-birilərinin hallarından hali olmalıdırlar, maraqlanmalıdırlar.

Birdəki, Nigeriyada yaşayan soydaşlarımız da az deyil. Allah onları da qorusun. Bütün dindaşlarımıza, soydaşlarımıza, qardaşlarımıza bu mübarək Ramazan günlərində səlamətlik, əminamanlıq, hüzur arzulayıram.

P.S.
Mərhum jurnalist, publisist və şair Alı Mustafayev isə yazırdı ki, "baxdıqca dünyanın bu gərdişinə, dəli bir ağlamaq keçir könlümdən"...

Bəybala Mirzəyev

Xəbər 1355 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +