İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.02.2022  13:44 

Rusiyanın daşınmaz əmlak “kralları“ olan azərbaycanlılar...





A+  A-

Əvvəlki illərdə olduğu kimi ötən ildə də Rusiyada daşınmaz əmlakın icarəsindən ən çox qazanan şirkət, əslən Azərbaycandan olan yəhudi əsilli Zarax İliyev və Qod Nisanovun rəhbərlik etdikləri "Kievskaya ploşad" şirkəti olub.

XəzərNews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə məlumat dünyanın aparıcı nəşrlərindən olan "Forbes" jurnalının rus dilində çıxan nəşri tərəfindən hazırlanan "Rusiyanın daşınmaz əmlak kralları" adlı hesabatda yer alıb.

Hesabatda qeyd olunur ki, həmyerlilərimizə məxsus "Kievskaya ploşad" şirkətinin daşınmaz əmlakın icarəsindən əldə etdiyi illik qazanc 1 milyard 665 milyon dollar təşkil edib. Əvvəlki illə müqayisədə onların daşınmaz əmlakın icarəsindən əldə etdikləri gəlir 385 milyon dollar artıb.

Qeyd edək ki, bu gəlirlər onlara məxsus olan "Evropeyskiy" ticarət mərkəzi (180 min kvadrat metr) və "Fud siti" kooperativindən (930 min kvadrat metr) əldə olunub. Hazırda "Kievskaya ploşad" şirkətinin sərəncamında ümumi sahəsi 1 milyon 387 min kvadrat metr olan ticarət mərkəzləri, 69,3 min kvadrat metr olan ofis sahələri, 348 min kvadrat metr olan anbarlar və 1 445 otaqdan ibarət otelləri var. Məlumat üçün bildirək ki, Qod Nisanov 1966-cı, Zarax İliyev isə 1972-ci Quba rayonunda (Qırmızı qəsəbədə) anadan olublar.

"Rusiyanın daşınmaz əmlak kralları"nın siyahısında daha bir azərbaycanlı "Krokus Qrup" şirkətinin sahibi Araz Ağalarov yer alıb. 2016-cı ildə siyahıda 11-ci yerdə olan Araz Ağalarov 2017-ci ildə 6 pillə irəliləyərək 5-ci sıraya yüksəlsə də, 2018-ci il ərzində mövqeyini dəyişməyərək 5-ci pillədə qərarlaşıb. 2019-cu ildə Araz Ağalarov daşınmaz əmlakın icarəsindən 370 milyon dollar pul qazanaraq 6-cı sıraya geriləyib. 2020-ci ildə Araz Ağalarovun gəliri 130 milyon dollar azalaraq 240 milyon dollara düşüb və siyahıdakı mövqeyi 7-ci sıraya geriləyib. Ötən il isə gəlirini 85 milyon dollar artıraraq yenidən 6-cı sıraya yüksəlib. Qeyd edək ki, "Krokus" şirkətinin sahibi 2015-ci il üçün tərtib edilən "Rusiyanın daşınmaz əmlak kralları"nın siyahısında 7-ci yerdə olub. Araz Ağalarova məxsus daşınmaz əmlaka "Krokus Ekspo" (1 milyon 40 min kvadrat metr) və Moskvanın Kaşirski prospektində yerləşən "Vegas" ticarət mərkəzi (480 min kvadrat metr) daxildir. Bundan başqa, Ağalarovun nəzarətində 225 otaqlı otel, 842 min kvadrat metr sahəsi olan ticarət mərkəzi var.

"Daşınmaz əmlak kralları" adlı hesabatda 2-ci sırada erməni əsilli iş adamı Samvel Karapetyan qərarlaşıb.

Xəbər 2498 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +