Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə


15.02.2022  13:50 

“Cərimə məsələsi Azərbaycanda artıq ciddi problemə çevrilib“ - Sabir Rüstəmxanlı





A+  A-

"Qazla bağlı problem bütövlükdə respublikada mövcuddur. Yanvar, fevral ayı olmasına baxmayaraq, artıq qazla bağlı limiti keçənlər var".

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı “Qaz təchizatı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu qiymətləndirmə dəyişməlidir: "Bunu müzakirə etməliyik. Cərimə məsələsi Azərbaycanda artıq ciddi problemə çevrilib. Milli Məclis ölkədə ali qanunverici orqandır. Biz burada bir çox məsələ barədə danışırıq. Lakin bizim danışdığımız sanki divarlar üçündür. Bura göndərilən layihə ilə bağlı təklifi verən qurumlardan bizim danışdıqlarımıza reaksiya yoxdur. Cərimələr qaçılmazdır, amma cərimələri əhalinin maaş səviyyəsinə uyğunlaşdırmalıyıq. 300-400 manat maaş alan bir adam 400 manat cərimə verəndə necə dolana bilər? Cərimələr hər maaşa görə müəyyən edilməlidir. Hava ilə cərimə müəyyənləşdirmək olmaz. Cərimə məsələlərində çox diqqətli olmalıyıq”.

Xəbər 1166 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +