İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.01.2022  00:29 

SOS: "Kapital Bank"da pensiyaçılar üçün TƏLƏ





A+  A-

Dostlar, bildiyiniz kimi “Kapital Bank” ASC-nin səhmlərinin 99.87 faizi “Paşa Holdinq”-ə məxsusdur və ölkə üzrə pensiyaları bu bank ödəyir.

Diqqət edin və görün ki, bu qədər sərvət sahibləri olanlar pensiyaçıların cibinə necə girirlər. Hər kəsə məlumdur ki, hazırda aztəminatlılar arasında birinci yerdə işsizlər, sonra isə pensiyaçılar gəlir. "Kapital Bank" işsizlərə kredit vermir, amma pensiyaçılara bonus təklif edir. "Kapital Bank"ın bankomatından pensiyasını alan hər kəsə təklif edilir ki, 100 manat əlavə pul götürün və bunu edənlərin gələn aykı ödənişindən 106 manat tutulacaq, yəni bir sözlə "Kapital Bank" pensiyaçılara ayda 6 faizlə, ildə isə 72 faizlə kredit təklif edir. Əlacsız qalan, işıq-qaz pulunu, ərzağını və dərmanını çatdırmayan pensiyaçıların çoxu da bu ilk baxışdan cəlbedici olan təklifə aldanırlar, bəli düyməsini basır və əlavə 100 manat götürərək sevinə-sevinə gedirlər.

Pensiyaçılar çox vaxt düşünmürlər ki, belə soyğunçu təklifi qəbul etməklə özünün məsrəflərini və "Kapital Bank"ın gəlirlərini artırırlar.

Əslində bu yalnız pensiya alanda deyil, hər zaman təklif olunur və ayın bir günü təqaüdünü xərcləyib bitirən pensiyaçılar bu bonusu çəkə və tələyə düşə bilərlər.

Gəlin birlikdə sadə hesablama aparaq, əgər bu təklifdən pensiyaçıların 40 faizi istifadə etsə bu təxminən 500 min nəfər deməkdir.

Beləliklə də "Kapital Bank" ildə 1 pensiyaçıdan 72 manat, 500 min pensiyaçıdan isə 36 milyon manat qazana bilər. Bu qədər insafsızlıq olarmı?

Əziz izləyicilər, dəyərli dostlar, xahiş edirəm bu postu maskimum paylaşasınız ki, pensiyaçıların tələyə düşüb aldanmasına yol verməyək.

Qubad İbadoğlu

Xəbər 1134 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +