İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.01.2022  23:24 

QAZAXISTAN BELARUSLAŞIR?!





A+  A-

Məlum olduğu kimi, Qazaxıstan prezidenti Qasım Tokayev Rusiyaya müraciət edib və Kollektiv Təhlükəsizlik Təşkilatının silahlı qüvvələrini Qazaxıstana əmin-amanlıq yaratmağa dəvət edib.

Məqsəd ölkədə hakimiyyətə qarşı xalq qiyamlarını xarici qüvvələrin əli ilə yatırmaqdır. Yeri gəlmişkən, Tokayev KTT-yə kömək üçün rəsmən müraciət etdiyini mətbuata təsdiqləyib.

Dostlar, bu, təxminən 1990-cı ilin yanvarında Azərbaycan rəhbərləri Vəzirovun və Mütəllibovun SSRİ rəhbərib Qorbaçova müraciətini xatırlatmırmı? Onlar da faktiki olaraq, Rusiyaya müraciət etmişdi və Rusiya silahlı qüvvələrini Azərbaycana əmin-amanlıq yaratmağa dəvət etmişdi. Nəticədə Azərbaycanda 20 Yanvar qırğınları törədildi və yüzlərlə günahsız insan qətlə yetirildi...

Rəsmi məlumatlara görə, Rusiya Qazaxıstanın müraciətinə "yaşıl işıq" yandırıb və KTT silahlı qüvvələrini Qazaxıstana yollayıb. KTT-nin hazırkı rəhbəri kim olsa yaxşıdır: Ermənistanın baş naziri Nikol Paşinyan. Bəli, 1990-cı ilin yanvar faciəsi 2022-ci ilin yanvarında yenidən təkrar oluna bilər...

Təbii ki, Rusiya prezidenti Vladimir Putin KTT silahlı qüvvələrini Qazaxıstana elə-belə gəndərmir. Deyilənə görə 4 şərti var:

1. Qazaxıstan Krımın ilhaqını rəsmən tanıyır.
2. Rus dili Qazaxıstanda rəsmən 2-ci dövlət dili elan edilir.
3. Qasaxıstanda Rusiya hərbi bazalarının qurulmasına rəsmən icazə verilir.
4. Qazaxıstanda yaşayan ruslara rəsmi muxtariyyət verilir...

Bəli, dostlar, Qazaxıstanın rəsmən Belaruslaşması prosesi gedir...

Qalib Arif
XəzərNews.az


Xəbər 1123 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +