İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.01.2022  23:08 

QÜRUR: MƏNLİK, YOXSA MƏNƏM-MƏNƏMLİK?





A+  A-

Mənliyini qoru, mənəm-mənəmlikdən uzaq ol! Çünki təkəbbür və lovğalıq aqillərə deyil, cahillərə xasdır.

İnsan dünyada nə qədər həzz və mənfəət əldə etsə, yenə bitib-tükənmək bilməyən hərisliyin, doyumsuzluğun vəhşi caynağından qurtara bilməyəcək, daim narahatçılıq, stress içində çabalayacaq, özünü bədbəxt, başqalarını xoşbəxt sanacaqdır. Müasir dünyada bu, təbabətin əlac edə bilmədiyi ümumbəşəri bir bəladır. Təməlində dünyaya hədsiz bağlılıq, ifrat təkəbbür, lovğalıq, qısqanclıq, acımasızlıq maniyasının dayandığı bu patoloji vəziyyət biçarə insanı həm dünya, həm də axirət səadətindən məhrum edir.

"Qürur" sözü ərəb dilindən alınma sözdür. Ərəbcə "غرور" (ğurur) "özündənrazılıq, şöhrətpərəstlik, təkəbbür" deməkdir. Quranda eyni kökdən olan sözlərə iyirmi yeddi ayədə rast gəlinir. Əksəriyyətində də, "dünyaya qapılma, aldanma" mənasında işlənir ki, bu da böyük təhlükə hesab olunur. "Qəflət", "cahillik" mənaları olan bu söz ərəb dilində yalnız mənfi keyfiyyət ifadə edir. Sinonimləri "زهو" (zəhvun), "عجب" (ucbun), “مباهاة” (mubəhətun) da eyni mənalara gəlir. Ərəbcə-ingiliscə “əl-Maurid”lüğətində bu sözün qarşılığı "vanity, self-conceit, self-importance, arrogance" və s. kimi verilir ki, bu da "şöhrətpərəstlik", "özündənrazılıq", "özünəvurğunluq" deməkdir. Ərəb dilindən alınma sözlər dilimizdə ya tamamilə semantik dəyişikliyə uğramış, ya da əsl mənasını qorumaqla yanaşı əlavə mənalar da kəsb etmişdir. Azərbaycan dilinin izahlı lüğətində "qürur" sözünə baxsaq bunu aydın görə bilərik: Qürur- 1) İftixar, mənlik hissi, təmkin; 2) təkəbbür, məğrurluq, lovğalıq, özünü yuxarı tutma və s. Dilimizdə həm birinci, məsələn: “qürur duymaq”, “milli qürur” və s., həm də ikinci mənalarda işlənir, məsələn: “Aldanma zahidə, sanki uludur, Qəlbi kibrü qürur ilə doludur” (A.Şaiq).

Bu kəlmə “insanın mənəvi və əxlaqi cəhətdən dəyərsiz sayılan nanəcib şeylərin cazibəsinə qapılması və özünü onlarla ovundurması” şəklində mənalandırılır. Eyni kökdən törəyən “qarur” sözü “aldadan, şirnikləndirən” mənasında şeytanı, dünyanı və ümumiyyətlə, insanı qəflətə salıb peşman edən şeyləri ifadə edir. Qurani - Kərimin yanaşmasına görə, faniliyi unudularaq dəyərli bir şey kimi bərk-bərk yapışılan dünya, insanların dinləri və axirətləri üçün böyük bir fəlakətdir. Çünki “Dünya həyatı aldadıcı bir zövqdən ibarətdir” (Ali-İmran 3/185).

“İnsanın özünü bəyənməsi ağlının zəifliyinə dəlalət edir” (Hz. Ali)

Qəzali qüruru bir növ cahillik hesab edirdi. İnsanlar müxtəlif dərəcədə yanlış yolda olsalar da, özlərini haqlı sayır və qəflətdə olduqlarının fərqinə varmırlar.

Hədisi-şərifdə buyurulur: “Allah gözəldir və gözəlliyi sevər. Təkəbbür isə haqqı qəbul etməmək və insanları xor görməkdir”. Allaha qarşı ehtiram sayılan təqvanın yeri qəlbdir. Yeri qəlb olan şeyi insanlar görə bilməz. Ona görə də kimisə kafirlikdə, imansızlıqda ittiham edib aşağılamaq caiz deyil. Yəni qəlbində Allah sevgisi olan kəs kimsəni aşağılayıb təhqir etməz.

Mövzunu çox da dərinləşdirmədən belə nəticəyə gəlmək olar: İnsan 1) öz ləyaqətini dərk etməli, şəxsiyyətinin qiymətini bilməli, qürur, mənlik, heysiyyət və şərəfini qorumalı; 2) mənəm-məməmlik, qürurlanma, təkəbbür və lovğalıq etməkdən çəkinməlidir.

İdris Abbasov
XəzərNews.az


Xəbər 1367 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +