İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.12.2021  16:49 

“Qaz, işıq, su, ət bahalaşsın, acından ölmərik“





A+  A-

Əməkdar artist Elza Seyidcahan İTV-də yayımlanan Dadaş Dadaşlinskinin "3D" proqramının qonağı olub.

XəzərNews.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni parlament seçkiləri zamanı namizədliyini irəli sürməyindən danışıb:

"Növbəti dəfə də deputat seçkilərinə qatılacam. Parlamentimizdə bir az mən tərəfdən imic dəyişikliyi olacaq. Camaat özü məni çağırmışdı".

Seyidcahan "Qiymət artımını hiss edirsiz" sualına isə belə cavab verib:

"Heç birindən nə xəbərdaram, nə mənə təsir edir, nə də halıyam. Ona görə yox ki, varlıyam. Ona görə ki, zəhmətkeşəm. Dövlətimizin qanunlarının hər birinə böyük-böyük hörmətlə yanaşmalıyıq. Əgər mən və mənim kimilər zəhmət, əziyyət çəksə, özlərindən başqa 10-20-30 nəfərin qayğısına qalıb, paylaşırsa, demək özünü dolandıra bilər.

Bazar mənim evimə gəlir. Mən elə bil ki, bir qarışqayam, qazanıram, evə gəlirəm, qızıma deyirəm ki, al bu qazın, işığın pulu... Anama deyirəm ki, 30 manat işığa verdim. Deyir, axı yandırmıram, niyə? Deyirəm, niyə yandırmırsan? İşığı bol-bol, qazı bol-bol işlət. Pulu Allah bizə xərcləmək üçün verir. Ailələr var ki, evlərinə girisən, gözlərin kor olur. İşığı elə verirlər ki, az yazsın. Lampanı balaca qoyurlar, işığı az yazsın. İnsan həyatda bir dəfə yaşayır. İşığı, qazı bol-bol işlət. Sən əziyyət çəkəcəksən, Allah sənə ruzi verəcək. İnsan özündən ummalıdır, bəzi çatışmazlıqları özündə görməlidir. Qazdır, işıqdır, sudur, ətdir, toyuqdur bahalaşsın da. Bu vaxta qədər eşitmisiniz ki, kimsə acından ölüb? Qarnı heç kəs görmür. Biz yeməyi yeyirik ki, acından ölməyək. Amma biz insanlara ruhi qida verməliyik. Bugünkü gündə mən insanlara musiqilərimlə ruhi qidalar verirəm. Allah məni acından öldürər?".

Xəbər 1061 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +