İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


09.12.2021  10:44 

Ukrayna Azərbaycanlıları Radasında gənclərlə görüş - FOTOLAR





A+  A-

Ukrayna Azərbaycanlıları Radasında Ze!Molodyojka gənclər təşkilatının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Alina Poddubnaya, UAGR sədri Vaqif Nağıyev və gənc fəallar ilə görüş keçirilib.

XəzərNews.az xəbər verir ki, giriş sözü ilə qonaqları salamlayan Ukrayna Azərbaycanlıları radasının baş katibi Ceyhun Məmmədov Ze!Molodyojka ilə üçüncü dəfə görüşdüklərini xatırladaraq bildirib ki, əməkdaşlığın intensivləşməsi sevindiricidir:

“Təşkikatlararası münasibətlərin peşəkarcasına qurulması və daha da inkişaf etdirilməsi üçün qarşılıqlı memorandum imzalanması vacibdir. UAR həmsədrləri Oleq Krapivin, Hikmət Cavadov və Ze!Molodyojka rəhbəri, millət vəkili Aleksandr Sançenko tərəfindən imzalanacaq memorandumun gənclərimiz üçün böyük dəstək olacaq. Gənclərin birgə tədbirlərin təşkilinə hər zaman dəstək verəcəyik”.

İlk beynəlxalq əlaqələrinin Azərbaycan diasporu və gənclər təşkilatları ilə başladığını bildirən Ze!Molodyojka təmsilçisi Alina Poddubnaya isə çıxışı zamanı görüş iştirakçılarına təşəkkür edib. Memorandum layihəsi üzərində çalışacaqlarını bildirən şöbə rəhbəri azərbaycanlı gənclərlə işləməkdən məmnun olduqlarını da qeyd edib:

“Ze!Molodyojkanın 3000 aktiv üzvü var. Kiev və Nikolayev təşkilatlarının rəhbərləri isə etnik azərbaycanlılardır. Biz belə gəncləri daha çox aramızda görmək istəyirik”.
O həmçinin gənclər üçün liderlik, ilk tibbi təcili yardım, natiqlik seminarları, həftə sonu marafonları kimi yarışlar təşkil etdiklərini bildirən Poddubnaya azərbaycanlı gəncləri də aktiv olmağa çağırıb.

Görüş zamanı Ukrayna Azərbaycanlı Gənclər Radasının sədri, tanınmış vokalist Vaqif Nağıyev ilk əməkdaşlıq təklifi verib.“Qarşıdan 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyli günü gəlir. Bu münasibətlə gənclərarası futzal turniri keçirməyi planlaşdırırıq”, deyən Nağıyev Ze!Molodyojkanı turnirdə iştiraka dəvət edib. UAGR sədri həmçinin qeyd edib ki, fərqli mövzularda debatların təşkili gənclərin hərtərəfli inkişafına faydalı olacaq.

Gənclərin qarşılıqlı müzakirəsi ilə yekunlan görüşdə müxtəlif peşə sahibləri ilə yanaşı yüngül çəkidə peşəkarlar arasında Ukrayna çempionu Nəzri Rəhimov da iştirak edib.







Xəbər 1207 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +