İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.12.2021  17:04 

DGK yanında İctimai Şurada nə baş verir?





A+  A-

“Dövlət Gömrük Komitəsi yanında İctimai Şura ləğv edilməlidir. Orada bəziləri özünü qanunsuz olaraq sədr, müavinlər, katib elan edib. Özləri özlərini tərifləyib vəzifə bölgüsü aparıblar. Biz 6 nəfər onlara etiraz olaraq iclasdan çıxmışıq”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvü Elməddin Muradlı çıxış edib.

E.Muradlı bildirib ki, heç vaxt da nəsə danışmadıq:

“Ancaq bunlar hər gün bizim haqqımızda ağızlarını gələni danışırlar. Biri deyir, Komitədə İctimai Şuranın sədri olsam nə qazansam bölək, biri deyir, maşın gətirəcəm, o biri ölkənin nüfuzlu şəxslərinin adından istifadə edir, bəzilərinin təşkilatlarının adı heç kimə məlum deyil. Biri var, işlədiyi dövlət qurumu boğaza qədər zibilin içində ola-ola başqa dövlət qurumunda nöqsan axtarır. Bunlar hətta “İctimai iştirakçılıq haqqında” qanuna ziddi olaraq 3 müavin seçiblər. Elə bil, dünyanın axırıdır”.

E.Muradlı əlavə edib ki, haqqımızda boş-boş danışırlar:

“Cəfəngiyyatdan başqa bir şey deyil o 7 nəfərin danışdığı. Mən burada ikiüzlü, riyakar adamlar gördüm. Çox dəhşətlidir. Sanki ictimai işə yox, bazara üzv seçilib bəziləri. Mənimlə rəqabət apara bilməyib aciz durumda qalandan sonra qaçıb başqasına sığınanı gördüm. Nə var, nə var müavin olacaq, pul qazanacaq. Ay yoldaş, bu ictimai şuradır, burada pul olmur”.

E.Muradlı bu səbəbdən iclası tərk etdiklərini bildirib:

“İclasın katibi iclası tərk etdi, ancaq bunlar özlərini hüquqi yolla seçilmiş elan etdilar. İclasın katibi heç nəyə imza atmayıbsa sən kimsən özünü sədr və ya müavin elan edirsən? Durub bizi şantaj edirlər, Gömrük Komitəsini şantaj edirlər. Bilinmir ki, bunların dərdi nədir.

Mən düşündüm və qərara gəldim ki, DGK yanında İctimai Şura ləğv edilməlidir, yenidən seçkilər keçirilməlidir və bu sahəyə dəxli olmayan adamlar da gedib bazarda alverini etməlidir.

Hesab edirəm ki, 7 nəfərin etdiyi hərəkətlərdən sonra Şuranın fəaliyyəti normal olmayacaq, perspektiv olmayacaq və bunun da nə bizə, nə də Komitəyə faydası olacaq.
Vətəndaş cəmiyyəti arasında bazar prinsipləri yaradanlarla birlikdə işləmək mənimçün xoş deyil. Mənimlə birlikdə iclası tərk edənlərin də mənə qatılacaqlarına ümid edirəm.
Əziyyəti keçən hər kəsə təşəkkür edirəm.

Dövlət Gömrük Komitəsindən xahiş edirəm ki, İctimai Şura ləğv edilsin, yeni seçkilər keçirilsin”.



Xəbər 1415 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +