İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.12.2021  15:02 

Məhdudiyyətlər dekabrın 15-dən sərtləşdiriləcək





A+  A-

Koronavirusa yoluxma hallarının artımını nəzərə alaraq Polşada dekabrın 15-dən etibarən pandemiya ilə bağlı məhdudiyyətlər sərtləşdiriləcək.

XəzərNews.az xəbər verir ki, həmin tarixdən etibarən qapalı məkanlarda (otel, restoran, kinoteatr, teatr və s.) yer sayının maksimum 30 faizindən istifadəyə icazə veriləcək. Səhiyyə naziri Adam Nedzelski bildirib ki, indiyədək qüvvədə olan 50 faizlik hədd epidemioloji vəziyyət fonunda aktuallığını itirir. Həmçinin qeyd edilib ki, 30 faizlik hədd aşılarsa, bu zaman əlavə qonaqlara peyvənd sertifikatları əsasında giriş icazəsi verilə bilər.

Səhiyyə nazirinin müavini Valdemar Kraska isə bildirib ki, ölkədə indiyə kimi peyvənd sertifikatlarının yoxlanılmasına dair hüquqi baza hazır deyildi və yaxın gələcəkdə sertifikatların yoxlanışına başlanılacaq.

Həmçinin qeyd edilib ki, Polşada iş yerində işçilərin peyvənd statusunu yoxlamağa icazə verən qanun layihəsi dəyişdiriləcək. Belə ki, iş sahibi işçilərin peyvənd sertifikatını deyil, peyvənd testini yoxlaya biləcəklər. Gələn il martın 1-dən isə Polşada tibbi personal, müəllimlər və uniformalılar (hərbçi və hüquq-mühafizə heyətləri) üçün məcburi vaksinasiya qüvvəyə minəcək

Qeyd edilməlidir ki, Polşada gündəlik yoluxma hallarının sayı 20 min nəfərə çatır. 39 milyon əhalisi olan ölkədə əhalinin 54 faizi virusa qarşı tam peyvənd olunub.

Xəbər 1117 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +