İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


24.11.2021  12:06 

“Sənədi etibarsız olan bir qurum nəyə lazımdır?“ - Bələdiyyələr tənqid olundu





A+  A-

“Birinci oxunuşda “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişikliyə əsasən, yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi mərkəzləşdirilir. Mədən vergisi toplayan xeyli bələdiyyə ilə danışdım və görürəm ki, bu dəyişiklik mütərəqqi yox, mürtəce dəyişiklikdir. Bələdiyyələri formal qurum kimi saxlamaq nəyə lazımdır? Birdəfəlik ləğv edək getsin”.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

Deputat deyib ki, Azərbaycanda get-gedə bizdə hakimiyyət mərkəzləşir, yerli hakimiyyətlər daha da çox mərkəzə tabe edilir, vergilərin qalan hissəsi də mərkəzləşir:
‘Bu tip idarəetmə sistemi ziyanlıdır və belə çıxmır ki, biz elə bil sosialist əmək və idarəetmə sistemini yenidən bərpa edirik? Bələdiyyə dotasiya ilə yaşayar? Dünyanın hansı ölkəsində onlar dotasiya ilə yaşayır? Onlarla bələdiyyə var idi ki, özlərini saxlaya bilirdilər, indi onları da əlimizə baxmağa vadar edək. Düzgün yanaşma deyil. Əksinə, bələdiyyə institutunun gücləndirilməsi üçün çalışmalıydıq, əksini edirik. Bələdiyyələrin effektiv işləməsi üçün onların üzərindən “torpaq satan” damğasını götürməli və üzərlərinə yerli inkişafa nail olmaq üçün ciddi məsuliyyət qoymalıyıq. Bunun üçün də onların yerli səviyyədə maliyyə imkanlarını genişləndirməliyik, daha kiçicik işıq gələn yeri da tutmalı deyilik. Əgər deyildiyi kimi, onlar vergini yığa bilmirdilərsə, yaxşı olsun, mərkəzi hökumət gedib vergini yığsın, amma yığım həmin bələdiyyənin büdcəsinə verilsin”.

Deputat Fazil Mustafa bələdiyylərin fəaliyyəti barədə danışıb. O, Konstitusiyada dəyişikliyə ehtiyacı olan məsələnin bələdiyyələrlə bağlı olduğunu deyib:

"Referendumla Konstutusiyaya heç bir mənası olmayan maddə salındı ki, bələdiyyələr Milli Məclisə hesabat verilməlidir. Amma bu günə kimi Milli Məclisdə heç bir bələdiyyə hesabat verməyib. “Bu gün vətəndaş bələdiyyə sənədini göstərəndə onu etibarsız hesab edirlər. Sənədi etibarsız olan bir qurum nəyə lazımdır ki? Vətəndaşa bələdiyyə funksiyası adı altında heç bir xidmət göstərilmir. Bakıda istilik, lift, yol və s məsələlər problemdir. Gələcəkdə mərkəzləşməyə qarşı Milli Məclis qərar qəbul etməlidir. Bu, vətəndaşın xeyrinə deyil”.

Milli Məclisin Birinci vitse spikeri Əli Hüseynli deputata cavab olaraq bildirib ki, konstitusiya belə münasibəti qəbul etmir:

“Bu gün bələdiyyələrə nəzarəti həyata keçirən qurum mövcuddur. Bu qurum da hər il burada hesabat verir. Bu hakimiyyət orqanları ilə səmərəli əməkdaşlığın bir formasıdır”.

Hikmət Babaoğlu bələdiyyələrlə bağlı yeni qanun layihəsi hazırlamağı təklif edib:

“Bələdiyyələrin yerlərdə fəaliyyətini daha effektiv qurması yolları bu layihədə öz əksini tapsa, yaxşı olar”.

Qeyd edək ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, yerli əhəmiyyətli tikinti materialları bələdiyyə vergilərinin vergitutma obyekti siyahısından çıxarılır. Yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi dövlət vergilərinə aid ediləcək.

Xəbər 1251 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +