İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.10.2021  14:15 

”Mən də bıçağı yerdən götürüb vurdum” - Ərini öldürən qadın





A+  A-

Onu döyərək işgəncə verən ərini öldürməkdə təqsirləndirilən 40 yaşlı Vəfa Orucovanın cəzası azaldılıb.

XezerNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ittihama görə, 2018-ci ildə Vəfa Orucova həyat yoldaşı Rövşən Musayevi bıçaqlayaraq qətlə yetirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Orucova 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən şikayətə yekunda Ali Məhkəmədə baxılıb.

Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda V.Orucovanın cəzası 12 ildən 11 ilə endirilib.

Məhkəmə iclasında müəyyən olunub ki, V. Orucova güclü ruhi həyəcan vəziyyətində olarkən ərini öldürüb. Onun himayəsində 3 azyaşlı uşağı var.

Xatırladaq ki, 2018-ci ilin noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Vəfa Orucova ifadəsində törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, içki düşkünü olan əri onu pozğun həyat tərzi sürüb pul qazanmağa məcbur edib: “Heç nədən dava salıb mübahisə edirdi. Həmin gün də məni döyməyə başladı. Sonra məni bıçaqla vurmaq istəyəndə bıçaq əlindən düşdü. Mən də bıçağı yerdən götürüb vurdum”.

Xəbər 2223 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +